Yuxarı

BAXCP-dən strateji yol xəritələrininn təsdiqinə reaksiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyadan Axar.az-a verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin iclasında müzakirə olunan ilk məsələ Türkiyədə, İstanbulda baş verən terror aksiyası ilə bağlı olub. BAXCP İdarə Heyəti bu dəhşətli cinayəti qətiyyətlə qınayıb:

“İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik”.

İdarə Heyətinin müzakirə etdiyi növbəti məsələ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bağlı olub. BAXCP İdarə Heyəti strateji yol xəritələrinin təsdiq edilməsini yüksək qiymətləndirib:

“BAXCP İdarə Heyəti Azərbaycan xalqını Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin həyata keçirilməsi prosesində təşəbbüskar olmağa, islahatlara dəstək verməyə, ölkənin yenidən qurulmasında fəal iştirak etməyə çağırır. BAXCP İdarə Heyəti hesab edir ki, xalqın təşəbbüskarlığı, işgüzar dəstəyi və strateji yol xəritələrinin həyata keçirilməsi prosesində fəal iştirakı olmadan heç bir hökumət bu və ya digər proqram vasitəsilə vəziyyətin yaxşılığa doğru dəyişməsinə nail ola bilməz”.

BAXCP İdarə Heyətinin iclasında strateji yol xəritələrinin siyahısında elm və təhsillə bağlı istiqamətin də yer almasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan islahatların əhatə etdiyi siyahıda peşə təhsili və təliminin inkişafına yer ayrılsa da, elm və təhsillə bağlı istiqamət diqqətdən kənarda qalıb:

“Hesab edirik ki, islahatların davamlılığını təmin etmək üçün elm və təhsilin inkişafı ilə bağlı da strateji yol xəritəsi hazırlanmalı və həyata keçirilməlidir”.

Tarix
2016.12.12 / 17:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla