Axar.az
Yuxarı

Axar.Az Logo

Qarabağda status-kvo dəyişmədikcə... - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən Levan İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir Azərbaycanın da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayaraq bildirib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. Levan İzoria ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Gürcüstanın müdafiə nazirinin ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi olduğunu deyən Prezident İlham Əliyev strateji dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində uğurlu inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd edib ki, Minsk Qrupunun həmsədr ölkələri dəfələrlə status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini bəyan ediblər və bu, münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir. Prezident İlham Əliyev ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Tarix
2016.12.16 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

MN təkzib etdi: Erməni nazirlə görüş nəzərdə tutulmayıb!

Şəntopla Bayramov arasında görüş başladı

MN: Rusiya atəşkəs təklif etdi, Bakı qəbul etdi, ancaq... - Video

“Bakı bəyannaməsi”nin tarixi əhəmiyyəti... - Şəntop

Rəsmi Bakıdan sərhəddəki gərginliklə bağlı - Açıqlama

Azərbaycandan Ermənistana çağırış: Danışıqlara başlayaq!

Kəlbəcərdəki atışma ilə bağlı yeni məlumat - Video

Şəntop Ermənistanın atəşkəsi pozmasından danışdı

Ankara-Bakı-İslamabad yeni geosiyasi reallıq yaratdı

Xankəndi Bakının qucağına tələsəcək - Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla