Yuxarı

Səddam Hüseynin qızı 10 ildən sonra danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səddam Hüseynin qızı 10 ildən sonra danışdı

İraqın edam edilən lideri Səddam Hüseynin qızı Raghad Hüseyn atasının ölümündən sonra ilk dəfə mətbuata müsahibə verib.

Axar.az xəbər verir ki, CNN televiziyasının müxbiri ilə telefon vasitəsilə danışan Hüseyn atasının amerikalı hərbçilər tərəfindən yaxalanma anının görüntülərini heç bir zaman izləmədiyini deyib.

“Ölümü ilə bağlı detallar çirkin və ağrıverici idi. Lakin şərəfli ölüm idi. Atamın ölümü özümə, övladlarıma, bacılarıma, eləcə də onların övladlarına qürur verir. İraqdakı xaosun yeganə səbəbkarı ABŞ-dır”, - Raghad bildirib.

O, ABŞ-ın 45-ci Prezidenti Donald Tramp haqqında da maraqlı açıqlamalar verib:

“Tramp sələflərindən fərqli olacaq. Bu adam hələ yeni lider seçilib. Görünən odur ki, sözügedən şəxs yüksək siyasi həssaslığa malikdir. Özündən öncə prezident olanlardan fərqli istiqamət götürəcəyini göstərir. Qısacası, İraq mövzusunda digərlərinin xətalarını ifşa etdi. Bu, atama və ümumilikdə İraqa qarşı həyata keçirilən xətaların fərqində olduqları anlamına gəlir”.

Bundan əlavə, siyasətə qarışmadığını və İraqda heç bir partiyanı dəstəkləmədiyini bildirən Raghad İŞİD-lə bağlı onun haqqında yayılan iddiaların əsassız olduğunu vurğulayıb:

“Təbii ki, bu və ya digər radikal qruplarla heç bir əlaqəm yoxdur. Üstəlik də ailəmin idealogiyası ilə ekstermist qrupalaşmaların idealogiyası arasında heç bir bənzərlik yoxdur. Sübut olaraq deyə bilərəm ki, belə təşkilatlar biz İraqı tərk etdikdən sonra gücləndi”.

Qeyd edək ki, hazırda İordaniyanın paytaxtı Ammanda yaşayan Raghad Hüseyn İraq hökuməti tərəfindən atasının mənsub olduğu BƏƏS partiyasına dəstək verməkdə günahlandırılır.

Rəsmi Bağdad İordaniyadan onun ekstradisiyasını tələb edir.

Tarix
2016.12.22 / 18:59
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla