Yuxarı

Polad Bülbüloğludan deputatın sözlərinə - Reaksiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Bülbüloğludan deputatın sözlərinə - Reaksiya

Rusiyada yaşayan və çalışan azərbaycanlıların vəziyyətinin yaxşı olması üçün əlimizdən gələni əsirgəmirik. Çalışırıq ki, Azərbaycanı Rusiyada yaxşı təbliğ edək. Rusiyada yaşayan azərbaycanlılar bütün sahələrdə çalışırlar.

Bu sözləri Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Ölkə.az-a bildirib. Onun sözlərinə görə, Azərbaycan səfirliyinin gördüyü işlər göz qabağındadır.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyevin Rusiyada yaşayan azərbaycanlıların ünvanladığı təhqirəmiz fikirlərə gəlincə, səfir bu barədə açıqlama vermək istəmədiyi bildirildi.

Xatırladaq ki, dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Bununla bağlı millət vəkilinin "Azadlıq" radiosuna verdiyi müsahibədə bildirib ki, Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb.

“Səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da... Hər yerdə belə tör-töküntülər var”, - deyə millət vəkili bildirib.

Tarix
2016.12.26 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla