Yuxarı

Macarıstan XİN-in müavini Bakıya gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Macarıstan XİN-in müavini Bakıya gəlir

Macarıstanın xarici işlər nazirinin müavini Jolt Çutora martın 16-da Bakıya gələcək.

Diplomatik mənbələrdən Report-a verilən məlumata görə, o, Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin daha əvvəl müsahibəsində söylədiyi kimi, səfirlik Heydər Əliyev Fondu və Macarıstan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq şəklində martın 16-17-də Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri çərçivəsində bir sıra mədəni və elmi tədbirlər təşkil edəcək. Mədəniyyəti günləri çərçivəsində kitab və film təqdimatları, moda nümayişi, incəsənət sərgisi, musiqi konsertləri, qastronomiya tədbirləri təşkil olunacaq.

Xatırladaq ki, Jolt Çutora 2010-2015-ci illərdə Macarıstanın Azərbaycandakı səfiri olub.

Tarix
2017.03.02 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla