Yuxarı

Deputatlardan sual: “Bu “18+” nə deməkdir?”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlardan sual: “Bu “18+” nə deməkdir?”

Uşaqların internet klublara getməsi nəzarət altında saxlanılmalıdır. Uşaq internet kluba gedir, pulunu ödəyir, istədiyinə baxır.

Report-un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı “Uşaqların sağlamlığına, inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, uşaqların bu fəaliyyəti ilə maraqlanmaq lazımdır: “Heç kim bilmir ki, uşaqlar internet klublarda nəyə baxır. Elə ailələr var ki, kompüterdən anlayışı yoxdur, uşağa necə nəzarət edə bilər? Bunun üçün maarifləndirmə işləri aparmaq lazımdır. Telekanllarda maarifləndirici verilişlər hazırlanmalıdır. Çünki bu zərərli işlər uşaqların sağlamlığına və inkişafına ziyan vurur”.

Komitə üzvü Ağacan Abıyev telekanallarda yayımlanan verilişlərlə bağlı narahatlığını ifadə edib:

“Bəzi verilişlər “12+”, “18+” işarələri ilə yayımlanır. Bunun mənasını isə valideynlər bilmir. Ona görə də izahı verilməlidir. Telekanallar 5 manat artıq xərcləyib, bunun izahını titrlə verməlidir”.

Tarix
2017.03.06 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla