Yuxarı

Prezident 3 sərəncam imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ədalət Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə Ədalət Abuş oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 25-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər:

“Vətən uğrunda" medalı ilə

İlyasov Etibar Süleyman oğlu – polkovnik

Həsənov Çərkəz Muxtar oğlu – gizir (ölümündən sonra).

“İgidliyə görə” medalı ilə

Ağasiyev Vüqar Vaqif oğlu – əsgər (ölümündən sonra)

İlyasov Şamil Kamil oğlu – əsgər (ölümündən sonra).

Hərbi xidmətlərə görə” medalı ilə

Abbasov Məhəmməd Əhməd oğlu – polkovnik-leytenant

Ağayev İlham Miri oğlu – polkovnik-leytenant

Əliyev Rauf Fazil oğlu – polkovnik-leytenant

Əliyev Sahil Asəf oğlu – polkovnik-leytenant

Məhərrəmov Elşən İnqilab oğlu – polkovnik-leytenantı

Məmmədov Amid Qağa oğlu – polkovnik-leytenant

Məmmədov Ramin İsrafil oğlu – polkovnik-leytenant

Piriyev Maqsud Mehman oğlu – polkovnik-leytenant

Rüstəmov Ələddin Şəmi oğlu – polkovnik-leytenant

Rzayev Cavad Xanəhməd oğlu – polkovnik-leytenant

Şahmarov Şahin Əliqulu oğlu – tibb xidməti polkovnik-leytenantı

Yüzbaşıyev Kənan Məhəmməd oğlu – polkovnik-leytenant

Əsədov Əlinamə Şakir oğlu – mayor

Qarayev Hüseyn Ərrəhman oğlu – mayor

Nurəliyev Asif Tofiq oğlu – mayor

Quliyev Samir Calal oğlu – kapitan

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

Sərəncamda qeyd olunub ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Tarix
2017.03.10 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

Prezident venesuelalı həmkarını təbrik edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla