Yuxarı

Fransız senator: “Azərbaycan torpaqları qaytarılmalıdır”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz çox gözəl başa düşürük ki, Azərbaycanın bir qayğısı mövcuddur və bu da təbii ki, Dağlıq Qarabağ münaqişəsidir.

Report xəbər verir ki, bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Milli Məclisdə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qrupun bütün üzvlərinin münaqişə barədə yetərincə məlumatı var:

“Biz Fransada Azərbaycanı yaxından tanıyan insanlar kimi bu istiqamətdə fəal iş aparırıq. Azərbaycanın haqq işinə dəstək verəcəyik. Çünki Azərbaycanın torpaqları işğal olunub. Hesab edirik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Ancaq əsas olan torpaqların geri qaytarılmalısıdır”.

Andre Reyşar bildirib ki, Azərbaycan ərazi bütövlüyünü təmin olunmalı, öz torpaqları üzərində nəzarəti bərpa etməlidir:

“Ötən ilin aprel ayında baş verən döyüşlər artıq narahatlığın pik həddə olduğunu göstərdi. Bu da onu göstərir ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Ancaq istənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır. Bütün hallarda biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.

Tarix
2017.03.13 / 12:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla