Yuxarı

Ermənilər azərbaycanlılardan üzr istədi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər azərbaycanlılardan üzr istədi

Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənbələr, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransı işinə başlayıb. Müxtəlif ölkələrdən 50-yə yaxın artıq alim və siyasətçi iştirak edir.

İstipress.com xəbər verir ki, beynəlxalq konfrans tarixi məsələlərə, beynəlxalq dialoqun genişlənməsinə, sülh təşəbbüslərinə, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması məqsədilə Ermənistan-Azərbaycan dialoquna həsr olunub.

Konfransda Azərbaycandan, Gürcüstandan, Rusiyadan, Türkiyədən, Qazaxıstandan, Kanadadan, Ukraynadan, İsveçdən, Özbəkistandan olan nümayəndələr, həmçinin erməni xadimlər və tədqiqatçılar qatılıb.

Konfrans “Qafqazın tarixi mərkəzi” ictimai birliyi tərəfindən təşkil edilir.

Tədbirdə çıxış edən erməni hüquq müdafiəçisi, yazıçı Vaqe Avetyan deyib ki, 5 erməni yazıçısı birləşərək bəyanat qəbul ediblər. "Bu gündən sonra barışsaq da, döyüşsək də biz ermənilərin törətdiyi soyqırımı qəbul edirik və azərbaycanlılardan buna görə üzr istəyirik".

Qeyd edək ki, adıçəkilən şəxs ötən ilin noyabr ayında Azərbaycana səfər edib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə önündə baş əyib, Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda təşkil olunmuş beynəlxalq konfransda iştirak edib.

Tarix
2017.03.14 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla