Yuxarı

Bu böhran anlaşmanı azaldır - İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu böhran anlaşmanı azaldır - İlham Əliyev

V Qlobal Bakı Forumu artıq yaxşı ənənəyə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Mərkəzin həmsədrlərinə təşəkkür edirəm.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında bildirib. Dövlət başçısı deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox effektiv fəaliyyət göstərir:

"50-dən çox ölkədən 200-dən çox qonaq bu tədbirdə iştirak edir. Hər bir Forum əhəmiyyətlidir və dünyada qərarların qəbulu prosesinə təsir göstərir. Tədbirdə 40-dan artıq hazırkı və sabiq prezident, parlament sədri iştirak edir"

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, mühüm məsələlər müzakirə edilir. Müstəqilliyinin 25-ci ildönümü tamam olan Azərbaycanın həyata keçirdiyi mühüm regional, qlobal layihələr var. Təəssüf ki, dünya yenə təhlükəsiz deyil, bölgəmizdə davam edən təhlükələri görürük. Azərbaycan bölgədə sabitləşdirici rol oynayır. Azərbaycanın təşəbbüsləri sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib".

Dövlət başçısı qeyd edib ki, dünyada miqrant böhranı var: "Miqrant böhranı dünyada anlaşmanı azaldır. Miqrantların üz tutduğu ölkələrin əhalisi arasında anlaşılmazlıqlar ortaya çıxır. 5-10 il əvvəl bu problemlər mövcud deyildi. Bu, Orta Şərq ölkələrinə yönələn addımlarla bağlıdır. Əfsuslar olsun ki, bir çox seçki kampaniyasında əsas şüarlar millətçiliyə, miqrantlara yönəlir. Bu, bir tendensiyadır. Qlobal gündəlikdə duran məsələ bu tendensiyanın qarşısının alınması, qarşılıqlı hörmətə, sivilizasiyalararası dialoqa nail olunmasıdır".

Prezident İlham Əliyev nəzərə çatdırıb ki, Azərbaycanın yerləşdiyi bölgə onun rolunu müəyyən edir: "Ona görə də sivilizasiyalararası dialoqa töhfə veririk".

Tarix
2017.03.16 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla