Yuxarı

İranı hansı mühüm dəyişikliklər gözləyir? – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda prezident seçkisində hazırkı dövlət başçısı Həsən Ruhaninin qələbəsi gözlənilən idi.

Axar.az xəbər verir ki, bu sözləri İranda prezident seçkilərinin nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi İran əhalisinin əksər hissəsinin Həsən Ruhaniyə səs verməsini bir neçə səbəblə əlaqələndirib:

“Birincisi, İranda İslam İnqilabından bu yana prezidentlər ikinci müddətə də dövlət başçısı seçiliblər, istisna yoxdur.

İkincisi, İranın ali dini lideri Seyid Əli Xameneinin Həsən Ruhani ilə münaqişəsi yoxdur, bu isə prezident seçilmək üçün başlıca amildir, digər tərəfdən, mühafizəkar dairələr liberal sayılan hazırkı dövlət başçısının Qərblə yaxınlaşma və beləcə sanksiyalardan qurtulma siyasətinə gizli dəstək verirlər.

Üçüncüsü, İranda iqtisadiyyat və sosial durum ağır vəziyyətdə olsa da, işsizlərin sayı artsa da, İran gəncliyi dünyaya açılmaq istəyir. İranda isə əhalinin üçdə bir hissəsi gənclərdir və onların əksəriyyəti indiki siyasətin davam etdirilməsinin tərəfdarıdır”.

Politoloq onu da bildirib ki, əgər Həsən Ruhaninin ikinci prezidentlik müddətində iqtisadiyyatda və sosial həyatda dəyişikliklər etməyə resursları çatmasa, Qərbin investisiyalarını ölkəyə cəlb edə bilməsə, sonrakı mərhələdə mühafizəkarlar yenə də hakimiyyətə gələcək, bu isə yenidən Qərblə qarşıdurmaya gətirib çıxaracaq:

“Onsuz da Tramp indi İranı təcrid etmək yolları haqqında düşünür. ABŞ prezidentinin Səudiyyə Ərəbistanına bu gün başlayan səfərində də əsas müzakirə predmetləridən biri İranın təcrid edilməsi olacaq. Ağ Evin sanksiya qorxusundan Amerikanın və Avropanın iri şirkətləri İrana investisiya yatırmır. Qərbin investisiyalarını və yeni texnologiyalarını əldə etmədən isə Ruhani iqtisadiyyatda dönüş yarada bilməyəcək”.

Qeyd edək ki, ötən gün İranda keçirilən prezident seçkisində Həsən Ruhani qalib gəlib

Tarix
2017.05.20 / 13:44
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla