Yuxarı

Qarabağda status-kvo davam edə bilməz – Fransa səfiri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda status-kvo davam edə bilməz – Fransa səfiri

ATƏT-nın Minsk Qrupu danışıqlar prosesində həmişə fəaldır.

APA-nın verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.

Onun sözlərinə görə, hər üç həmsədr bir-biri ilə, həmçinin münaqişə tərəflərinin dövlət başçıları və xarici işlər nazirləri ilə daim təmasda olur.

On gündən sonra həmsədrlərin bölgəyə səfər edəcəyini deyən fransalı diplomatın sözlərinə görə, Minsk Qrupunun missiyası münaqişənin həlli yollarının tapılmasına şərait yaratmaqdır, lakin yekun qərarı onlar qəbul etmirlər.

Səfir əlavə edib ki, bu ilin mart ayında Ollandla Sərkisyan arasında görüş zamanı Fransa dövlət başçısı Azərbaycan və Ermənistan Prezidentlərini qəbul edib, onların görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.

Səfirin qənaətinə görə, üç məlum prinsipə əsaslanan hərtərəfli yekun həllin tez bir zamanda tapılması üçün hər şey etmək lazımdı. J.Şarpantye qeyd edib ki, istər insani, istərsə də siyasi nöqtəyi nəzərdən daim təhdid və atəşkəs rejiminin pozulması şəraitində yaşamaq olmaz.

“Status-kvo davam edə bilməz”, - səfir bildirib.

Tarix
2017.06.01 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla