Yuxarı

Trampın Bakıya mesajı nə vəd edir? – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Vaşinqton münsibətlərinin yeni mərhələsinin başladığını söyləmək olar.

Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ardıcıl 2 təbrik məktubu ünvanlaması ilə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili vurğulayıb ki, məktublarda Azərbaycanla münasibətlərə xüsusi önəm verilməsi çox ciddi məqamdır:

“Dünyanın əsas supergücünün Azərbaycana bu cür münasibət bəsləməsi bizim üçün çox vacibdir. Bu, ilk növbədə Azərbaycanın dünya ölkələri arasında artıq etirablı tərəfdaş imicindən irəli gəlir və o deməkdir ki, Azərbaycana inam var. Bu, cənab İlham Əliyevin şəxsi nüfuzu hesabına qurulan münasibətlərin ardıdır. Hər iki ölkənin ikitərəfli münasibətlərin inkişafında böyük maraqları var. ABŞ-ın Azərbaycanı mühüm layihələrdə dəstəkləməsi və gələcəkdə işbirliyimizə dair verilən mesajlar yeni perspektivlər vəd edir.

Azərbaycan terrora məruz qalan ölkədir və ərzilərimiz işğal altındadır. Azərbaycan ABŞ-la birgə bundan sonra da dünyada terrorun əleyhinə öz töhfəsini verəcək”.

Millət vəkili Trampın Azərbaycan prezidentinə ünvanladığı müraciətlərdəki ismarışların Dağlıq Qarabağ probleminin ədalətli həllində rol oyanaya biləcəyini düşünür:

“Azərbaycan bu gün Amerika ilə daha da inkişaf edən əlaqələrin tərəfdarıdır. Təbii ki, bu istiqamətdə yeni addımların atılması Bakı üçün önəmlidir. Eyni zamanda, digər bir sıra məsələlərdə də iş birliyi Azərbaycanın gələcəyinə müsbət göstərəcək”.

R.Rzayev vurğulayıb ki, məktubda Obama dönəmindən fərqli olaraq, Tramp hakimiyyətinin digər dövlətlərin daxili işlərinə qarışmayacağı da qeyd olunub:

“Bu isə Azərbaycanı qane edir. Azərbaycan müstəqil, azad bir dövlətdir, heç bir dövlətin onun daxili işinə qarışmasına razı deyil. Bu prinsipləri qoruyan, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət qoyan istənilən dövlətlə ikitərəfli əlaqələrin genişləndiriməsinin tərəfdarıyıq. Bu istiqamətdə də çox mühüm işlər aparılıb.

İndiki dönəmdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri çox vacib olduğundan, bu cür bəyanatları alqışlayırıq. Hər bir dövlət öz inkişafı ilə bağlı addımlar atmalıdır, başqa bir dövlət tərəfindən isə ona yalnız dəstək göstərilə bilər. Ermənsitandan fərqli olaraq, biz heç bir dövlətin forpostu deyilik. ABŞ dünyada çox nüfuzlu dövlətdir və bu fonda Trampın bəyanatları iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm şəarit yaradacaq”.

Tarix
2017.06.01 / 13:34
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla