Yuxarı

Təbrizlilər imza toplayır: Milli Dağçılıq Günü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizlilər imza toplayır: Milli Dağçılıq Günü

Təbrizdə çox sayda insan imza toplayaraq 19 mayın ölkədə Milli Dağçılıq Günü kimi qeyd olunmasını tələb edib.

Axar.az xəbər verir ki, soydaşlarımız imzaladıqları kağızda Nepalın Lhotse zirvəsini mayın 19-da fəth edən Ə.Qeyçipurun əldə etdiyi uğura işarə edərək bu önəmli günün tarixə düşməsini istəyiblər.

Yazı İran Gənclər və İdman naziri Məsud Sultanifərə ünvanlanıb:

“Qəhrəman Azərbaycan əhalisi İranın dağçılıq idmanını təbliğ etmək məqsədi ilə ölkə tarixinin ən güclü dağçısı olan Ə.Qeyçisaza hörmət əlaməti olaraq 19 mayın ölkənin rəsmi tarixində qeyd olunmasını istəyir”.

Xatırladaq ki, Himalay zirvələrini fəth edən məşhur dağçı mayın 19-u saat 12:22-də Lhotse zirvəsinə qalxaraq Dünya Dağçılıq Səkkizminliklər Klubuna qoşulmağı bacarıb.

Azərbaycanlı alpinist mayın 31-də doğma şəhəri Təbrizə dönərkən hava limanında çox sayda soydaşımız tərəfindən alqışlarla qarşılanıb. O, əhaliyə təşəkkür edərək qazandığı medal və əldə etdiyi uğurları bölgə əhalisinə həsr etdiyini bildirib.

Ə.Qeyçisaz bu nailiyyətdən sonra dünyanın 8 min metrdən yüksək olan 14 zirvəsini oksigen balonu olmadan fəth edən 17-ci dağçı olub.

Tarix
2017.06.01 / 16:36
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla