Yuxarı

Paşayeva Makedoniya prezidenti ilə görüşdü – Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva Makedoniya prezidenti ilə görüşdü – Foto

Millət vəkili Qənirə Paşayeva İspaniyada keçirilən beynəlxalq forum çərivəsində Makedoniya Prezidenti Georgi İvanov və xanımı Maya İvanova ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyən Makedoniya prezidenti Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyinin daha da artmasının əhəmiyyətindən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Makedoniya Prezidenti G.İvanov Azərbaycana səfəri çərçivəsində önəmli müzakirələrin aparıldığını xüsusi vurğulayaraq, Azərbaycanla iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib.

Millət vəkili Makedoniya prezidenti ilə görüşdə Ermənistanın törətdiyi vandalizm aktlarından, beynəlxalq ictimaiyyətin bununla bağlı etirazını artmasının vacibliyindən danışıb.

Tarix
2017.07.12 / 13:13
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

Vadeful Bakıdan İrana çağırış etdi: Hərbi eskalasiya...

Almaniya ilə birbaşa uçuşların sayının artırılması...

Bayramovla Almaniya XİN başçısı görüşdü

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla