Yuxarı

İlham Əliyev avstriyalı naziri qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev avstriyalı naziri qəbul etdi

14:14

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasin ölkəmizə səfərinin uğurlu olduğunu, nazirliklərdə və təşkilatlarda keçirilən çoxsaylı məhsuldar görüşləri və onlara göstərilən qonaqpərvərliyi məmnunluqla qeyd edib.

Azərbaycanın çox maraqlı və əməkdaşlıq üçün açıq ölkə olduğunu vurğulayan avstriyalı nazir ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib.

Sofi Karmasin deyib ki, ölkəsi Azərbaycana müvafiq nou-hauların həyata keçirilməsi işində dəstək verməyə hazırdır. O, iyulun 17-də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olarkən ona ölkəmizdə elektron hökumətlə bağlı maraqlı layihələr barədə məlumat verildiyini deyib. Qonaq bu layihələrin Avstriya üçün çox böyük maraq doğurduğunu və gələcəkdə həmin layihələrin öyrənilməsində və tətbiq edilməsində maraqlı olduqlarını bildirib.

Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasin SOCAR-da keçirdiyi görüşlərdən də məmnunluq ifadə edərək orada da ətraf mühitin qorunması ilə bağlı maraqlı layihələrlə tanış olduqlarını diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında tərəfdaşlıq əlaqələrinin yeni sahələri əhatə etmək məqsədilə əməkdaşlıq formatının genişləndirilməsinin vacibliyini bildirib. Dövlət başçısı Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasinin Azərbaycana səfərinin məhsuldar olacağına və yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bu səfərin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinə öz töhfəsinin verəcəyinə ümidvar olduğunu deyib.

Tarix
2017.07.18 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla