Yuxarı

"Bu görüş əməkdaşlığın inkişafına müsbət nəticə verəcək"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin işgüzar səfər çərçivəsində görüşü iki ölkə lideri arasında etibarlı əlaqələrdən xəbər verir.

Bunu Trend-ə “Baku Netvork” Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov dövlət başçılarının Soçidəki görüşünü şərh edərkən deyib: "İki ölkə arasında əlaqələr strateji xarakter daşıyır və bu görüşün etimad şəraitində keçirilməsi onu deməyə əsas verir ki, burada aktual regional və beynəlxalq məsələlər nəzərdən keçirilib".

Ekspertin sözlərinə görə, görüşdə Xəzərdə əməkdaşlıq, onun statusu ilə bağlı məsələlər müzakirə edilib: "Məlumdur ki, Xəzərin statusu ilə bağlı Konvensiya üzərində iş tamamlanmaq üzrədir".

E.Ələsgərov əlavə edib ki, Azərbaycan və Rusiyanı bir çox sahələrdə əməkdaşlıq birləşdirir - siyasi sahədə münasibətlər yüksək səviyyədədir, hər iki ölkə biri-birini beynəlxalq platformada dəstəkləyir, sıx iqtisadi və hərbi-siyasi əlaqələr mövcuddur: "Sözsüz ki, Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi aktualdır. Ermənistan Azərbaycan və Rusiya arasında səmimi əlaqələrin qurulmasına mane olmağa çalışır, amma səfərin yekunları ondan xəbər verir ki, bütün bu səylər nəticəsizdir - Rusiya və Azərbaycan əlaqələrin inkişafına köklənib və hər iki prezident Soçidəki görüşdə bütün sahələrdə, o cümlədən regional layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Ekspert qeyd edib ki, səfər Rusiya-Türkiyə əlaqələrinin, eləcə də Azərbaycan-Rusiya-Türkiyə, Rusiya-Azərbaycan-İran üçtərəfli formatının inkişaf etdiyi dövrə təsadüf edib və şübhəsiz ki, iki liderin görüşü bu əlaqələrin inkişafına da müsbət nəticə verəcək.

Tarix
2017.07.22 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla