Yuxarı

Qərb kürdləri 100 il əvvəlki kimi yenə aldadacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumu İraqın ərazi bütövlüyü ilə bərabər, BMT nizamnaməsinin və yekun aktının prinsiplərinin pozulmasıdır.

Bu sözləri Axar.az-a İraq Kürd Muxtariyyətində keçirilən referendum fonunda Yaxın Şərqin gələcək taleyi, bu prosesin Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki roluna təsiri ilə bağlı suallara aydınlıq gətirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, separatizmin dəstəklənməsi yolverilməzdir və son nəticədə bu istiqamətdə atılan istənilən addım dövlətlər üçün çox ciddi problemlər yarada bilər:

“Bu aspektdən də hesab edirəm ki, bu məsələni dəyərləndirmək üçün ikinci hər hansı bir yanaşmaya ehtiyac yoxdur”.

Ekspert “kürd referendumu”nun Dağlıq Qarabağ məsələsi ilə əlaqəndirilməsini də doğru saymayıb:

“Çünki Kürdüstan problemi baş qaldırmayanda da beynəlxalq təşkilatların, o cümlədən münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupunun bu prosesdə rolu o qədər aktiv deyildi. Faktiki olaraq status-kvonun saxlanılmasına xidmət edən addımlar atılır, danışıqlar prosesi heç nə vəd etmirdi. İndiki şəraitdə də eyni situasiyadır. İstər Kürdüstanda, istərsə də Kataloniyada baş verən proseslər vaxtilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı nümayiş etdirilən ikili standartlar, BMT qətanamələrinin tətbiq olunması mexanizminin işə salınmaması, işğalçı Ermənistanın sülhə məcbur edilməməsi və separtizmin stimullaşdırılmamasından qaynaqlanır. İstənilən fakt, hadisə presedent yaradır, əgər bu, qlobal miqyasdadırsa, onda daha böyükmiqyaslı presedent yaradır. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə nümayiş etdirilən ikili standartlar da presdent yaradır və bu, dünyanın müxtəlif ölkələrində özünü büruzə verir. Belə ki, bunun yeni təzahürlərini indi İraq və İspaniyada görürük”.

Kürd probleminin Türkiyənin Dağlıq Qarabağ məsələsindəki mövqeyinə təsirinə gəlincə, politoloq qeyd edib ki, Türkiyə Azərbaycanın hərbi-siyasi müttəfiqidir, tərəfdaşıdır:

“Ölkələrimiz arasında hərbi əməkdaşlıq genişlənir. Lakin Türkiyə münaqişənin həllində açar fiqur deyil. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü olsa da, bu qrupun fəaliyyəti faktiki olaraq yox dərəcəsindədir. Yalnız həmsədrlər prosesdə aparıcı rola malikdirlər. Türkiyənin münaqişənin dinc yolla tənzimlənməsində yeganə missiyası Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistanla sərhədlərin bağlı saxlanılması və ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəkdən ibarətdir. Bu da ölkənin strateji mövqeyindən və türk xalqının Azərbaycana münasibətindən irəli gələn faktordur. Bu faktoru da dəyişmək mümkün deyil”.

E.Mirzəbəyli bildirib ki, baş verən son proseslər fonunda Yaxın Şərqin bundan sonrakı taleyini proqnozlaşdırmaq çətindir:

“Situasiya ondan ibarətdir ki, bu gün Yaxın Şərq məzhəb münaqişələrindən etnik münaqişələrə sürüklənir. Vaxtilə I Dünya savaşında atılan addımlar indi fərqli bir formada təkrarlanır. Təbii ki, qlobal miqyasda oyunçular dəyişib. Yaxın Şərqdə baş verən son proseslər dünyanın yenidən bölünməsindən xəbər verir. Etnik qarşıdurmalar qanlı faciələrə yol açan bir prosesdir. İraq Kürdüstanı ilə bağlı sərgilənən yanaşma isə qənaətimə görə, əslində kürd xalqının mənafeyinə xidmət etmir. Çünki I Dünya savaşında da İngiltərə və digər Qərb ölkələri kürdlərdən məharətlə istifadə etdilər, onları aldatdılar və heç bir müqavilədə kürd xalqı ilə bağlı hər hansı bir mövqe sərgilənmədi, ermənilərə daha çox üstünlük verildi”.

Analitik indiki şəraitdə kürdlərin növbəti dəfə aldadılacağını düşünür:

“Çünki mental və təfəkkür baxımından uzun illər boyu türk xalqının himayəsində yaşayan, inkişaf edən, ortaq mədəniyyəti olan bir xalqın ingilislər tərəfindən daha çox sevildiyini və həqiqətən də məqsədin kürdlərə dövlət yaratmaqdan ibarət oluğunu düşünmürəm. Bu, növbəti qanlı faciələrə yol açacaq. Əgər məsələ etnik münaqişələr müstəvisində dərinləşərsə, bu, bütün bölgəni bürüyəcək və daha geniş miqyas alacaq. Zənnimcə, Qərbin Yaxın Şərqdə yürütdüyü siyasətin qarşısının alınmasının yeganə yolu region dövlətlərinin separtizmə münasibətdə birmənalı mövqe nümayiş etdirməsindən keçir. Əgər region ölkələri bu prosesin qarşısında dayansalar, üçüncü qüvvə Yaxın Şərqi növbəti dəfə fəlakətə sürükləyə bilməyəcək”.

Tarix
2017.10.01 / 10:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla