Yuxarı

Millət vəkili AŞPA-da dünya dövlətlərinə səsləndi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva AŞPA-da İraq və Suriyada yaşayan türkmanların ağır vəziyyətindən danışıb.

Axar.az xəbər verir ki, millət vəkili sözügedən bölgələrdə yaşayan türkmanların beynəlxalq təşkilatlardan dəstək gözlədiyini bildirib. Qənirə Paşayeva Türkiyənin İraq və Suriya sərhədində İŞİD zülmündən qurtulmuş qaçqınların durumu ilə bağlı çağırış edib:

“İraq türkmanlarının təmsilçiləri, İraq Türkman Cəbhəsi rəsmiləri İŞİD-in İraqda türkmanların yaşadığı bölgələrdə etdiyi dəhşətli cinayətlərdən bəhs ediblər. Onlar AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞİD-lə mübarizə məsələsində onlara dəstək verilmədiyini söyləyiblər və sizə çağırış ediblər. Təxminən 20 gün öncə Suriyadan qaçaraq Türkiyənin sərhəd bölgəsindəki Hatay vilayətindəki qaçqın düşərgəsinə sığınan insanlarla görüşdük. Suriyanın Türkmandağı və Bayırbucaq bölgələrindən bura sığınan qaçqınlar da vəziyyətdən şikayətləndilər və İŞİD-lə mübarizədə beynəlxalq təşkilatların, Avropa ölkələrinin fəal rol oynamamasından şikayət etdilər”.

Millət vəkili bildirib ki, İraq və Suriya qaçqınları həm İŞİD-lə mübarizədə, həm də qaçqınlara sahib çıxma məsələsində ən çox qonşu Türkiyənin dəstəyini hiss etdiklərini vurğulayıblar.

Tarix
2017.10.12 / 15:56
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla