Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2019


Qarabağda yeni cəbhə: Kreml Türkiyə müdaxiləsinə razıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin onunla Dağlıq Qarabağı müzakirə etmək istəyən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşə əliboş qatılmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxaraovanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə açıqlamasını şərh edərkən bildirib.

“M.Zaxarova bu gün keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmasların istisna olunmadığını və bunun üzərində iş getdiyini deyib.

Burada iki əsas məsələ var. Birinci hissədə ona işarə edilir ki, münaqişənin həlli ilə məhz ATƏT-in Minsk Qrupu həmsədrlərinin məşğul olması vacib deyil. Məsələn, Türkiyə ilə də bu mövzuda dərin müzakirələr mümkündür. İkinci hissədəki “üzərində işlənilir” ifadəsinə gəldikdə isə görünür, Rusiya münaqişənin həlli məqsədilə ona münasib şərtləri müəyyənləşdirir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarova ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün çalışacaqlarını deyib. O, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif formatlarda təmasların da istisna edilmədiyini bildirib və iki ölkənin XİN rəsmilərinin görüşünün ilin sonuna planlaşdırıldığını qeyd edib.

Tarix
2017.11.09 / 16:36
Müəllif
Büllurə Yunus
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ bizi yaxından izləyir – İcma rəhbəri

Paşinyan Sərkisyana qarşı yeni media yaradır? – Şərh

Bax, görülən işlərin nəticəsi budur – İlham Əliyev

Bu məhsulun dəyəri 160 milyon dollar olacaq – İlham Əliyev

Lavrov: Bakı hazırdır, ümid edirik ki, İrəvan da...

Paşinyan Qarabağla bağlı ilk legitim danışıqlara başlayır

Paşinyanın Qarabağla bağlı mövqeyi budur – İrəvan

İlham Əliyev yeni zavodu işə saldı - Foto

Prezident bu səfirimizi geri çağırdı - 1 sərəncam, 2 fərman

Məmmədyarov həmsədrlərlə görüşdü

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla