Yuxarı

Bakının sülhməramlılarla bağlı 4 vacib şərti

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Donbasdakı separatizmə son qoymaq üçün BMT sülhməramlılarının Rusiya ilə sərhədə yerləşdirilməsini istəyir. Rusiya isə tam əskinə, həmin sülhməramlıların sərhədə deyil, Ukrayna ordusu ilə separatçılar arasındakı ayırıcı xəttə yerləşdirilməsinə çalışır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi qeyd edib ki, bu iki yanaşma arasında ciddi fərq var:

“Ukrayna beynəlxalq sülhməramlı qüvvələrin sərhəddə yerləşdirilməsini iki səbəbdən istəyir. Birincisi, sülhməramlılar atəşkəsin separatçılar tərəfindən pozulmasına mane olmalıdırlar. İkincisi, sülhməramlılar sərhəddə yerləşməklə Rusiyanın sərhəddən separatçılara qeyri-qanuni hərbi yardımına mane olmalıdır. Rusiya isə beynəlxalq sülhməramlıların Ukrayna ordusu ilə separatçılar arasında yerləşdirilməsini münaqişəni uzun müddətə dondurmaq üçün istəyir”.

Politoloq bildirib ki, Kiyevin əsas şərti Ukrayna ərazisində yerləşdiriləcək beynəlxalq sülhməramlıların tərkibində Rusiya hərbçilərinin olmamasıdır:

“Haqlı istəkdir. Çünki Rusiya Ukraynadakı münaqişədə əsas tərəfdir. Rusiya həm Krımı ilhaq edib, həm də Donbasdakı separatçılara hər cür dəstək verir. Eyni vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə də aiddir. Dağlıq Qarabağ münaqişəsinin həllinin sonrakı mərhələsində bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulub. Həmin qüvvələr icmalar arasındakı mümkün toqquşmaların qarşısını almalıdırlar”.

E.Şahinoğlu bildirib ki, Azərbaycan da Qarabağda yerləşdirilməsi planlaşdırılan sülhməramlıların tərkibində Rusiyanın olmasını istəmir:

“Bunun 4 vacib səbəbi var: Birincisi, SSRİ illərində Dağlıq Qarabağda hərbi baza erməni separatçılarını silahlandırıb. Separatçılar məhz həmin bazadan əldə etdikləri silah və hərbi texnikanın köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. Bu yaxın tarixdir. İkincisi, Rusiya Ermənistanın hərbi müttəfiqidir.

Üçüncüsü, Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşsələr, bu bölgədən bir daha çıxmayacaqlar.

Dördüncüsü, “Atlas” Araşdırmalar Mərkəzinin keçirdiyi kiçik sorğudan da aydın olur ki, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinin əleyhinədir. Bu səbəbdən həm Donbas, həm də Dağlıq Qarabağda sülhməramlıların hansı əsasda formalaşması məsələsində Azərbaycanla Ukrayna bir-birinə dəstək verməlidirlər. Hər iki dövlət sülhməramlıların tərkibində neytral dövlətlərin təmsil olunmasını istəyir”.

Tarix
2017.11.10 / 15:55
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla