Yuxarı

Azərbaycan ordusu güclü zərbə endirəcək... - Minasyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər gələn ay Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşdən konkret irəliləyiş əldə olunmasa Azərbaycan ordusunun təmas xəttində güclü zərbə endirməsi gözlənilir.

Virtualaz.org-un verdiyi xəbərə görə, belə xəbərdarlıqla Fransa Strateji Araşdırmalar Mərkəzinin erməni eksperti Kayts Minasyan "168 jam” qəzetinə müsahibəsində çıxış edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək illik toplantısı çərçivəsində baş tutacaq. Rəsmi Bakı bu görüşə artıq razılıq verib. Bundan əvvəl xarici işlər nazirləri Moskvada ayrı-ayrılıqda Minsk Qrupu həmsədrləri ilə görüşüblər. Noybarın 20-21-də isə Rusiya xarici işlər nazirlərinin Bakıya və İrəvana səfəri olacaq.

"Əgər Vyanada nazirlərin görüşü konkret irəliləyişə gətirib çıxarsa, o halda 2018-ci ildə prezidentlər Sarkisyan və Əliyev arasında yeni görüş gözlənilir. Lakin heç bir irəliləyiş əldə edilməsə, biz Bakının güclü zərbəsinə hazır olmalıyıq. Çünki Azərbaycan əmin olacaq ki, Minsk Qrupu növbəti dəfə onu aldadıb. Erməni qüvvələri çox ehtiyatlı olmalıdır”-Kayts Minasyan bildirib.

Xatırladaq ki, Qarabağ nizamlanmasında hazırda əsas vasitəçi Rusiyadır. Lakin ötən həftə Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşübdə onun rusiyalı həmkarı Vladimir Putin bildirib ki, məsələnin həllinə xüsusi ümid bəsləmir. Eyni zamanda Rusiya XİN-dəki mənbələr də Lavrovun regiona səfərindən nəsə irəliləyiş gözləmədiklərini, münaqişənin həllinə ümidli olmadıqlarını deyirlər.

Tarix
2017.11.18 / 13:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla