Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Putinin adamı Qarabağ planını açdı: Bu il...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Lakin Rusiyada, Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçirilməsi münaqişənin nizama salınmasında sıçrayışa nail olunacağı ehtimalını azaldır. Çünki əsas diqqət seçkilərə yönələcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.

Markov hesab edir ki, Rusiya ilin birinci yarısında Qərbin artan hücumları ilə qarşılaşacağı üçün də Qarabağ münaqişəsinə kifayət qədər diqqət ayıra bilməyəcək.

“Lakin münaqişənin nizama salınması üzrə bazanın hazırlandığını da qeyd etməliyəm. Dəfələrlə bildirilib ki, masada həll variantları var. Hər şeydən əvvəl “Kazan düsturu”nu reallaşdırmaq mümkündür”, - deyə o bildirib.

Markov Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını da istisna etmir:

“Ermənistanın parlament üsul-idarəsinə keçidi Qarabağ münaqişəsi ilə bağlı siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq. Böyük ehtimalla Sərkisyan baş nazir olacaq və hakimiyyəti əlində saxlayacaq. Lakin onun xalq arasında nüfuzu aşağıdır. Bu baxımdan, seçkiqabağı kampaniyada və seçki dövründə Qarabağda gərginlik yarada biləcəyi istisna deyil. Bütövlükdə vəziyyət gözlənilməz məcrada inkişaf edə bilər. Digər tərəfdən, Ermənistanda rəhbərlik dəyişsə belə Qarabağla bağlı ictimai rəyə hesablanmış sərt ritorika davam edəcək”.

Rusiyalı politoloq Azərbaycanda seçkilərin sakit keçəcəyini düşünür.

“Əsas lider İlham Əliyevdir. O, ölkədə məşhurdur və xalq tərəfindən dəstəklənir. Həmçinin, müxalifət də zəifdir. Təbii ki, Azərbaycanda da seçkiqabağı kampaniyada Qarabağ məsələsinə toxunulacaq. Lakin Azərbaycan hakimiyyəti üçün bu məsələ həmişə əsas gündəm olub”, - deyə o bildirib.

Tarix
2018.01.10 / 15:23
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qarabağın həlli uzaqda deyil, bu şərtlə ki... - Lavrov

Ərdoğan onunla ikinci tura qalacaq və... - Proqnoz

Nazir açıqladı: Bu ərazilər azad edildi - Video

Putin-Paşinyan gərginliyi dərinləşir: Savaş ehtimalı...

İrəvanda “Bakı böhranı”: Armendən Nikola qarşı sabotaj

Məmmədyarov Belarusa getdi

ATƏT-in nümayəndə heyəti Bakıya gəldi

Azərbaycanlı deputat ermənini susdurdu

Qarabağ Rusiya üçün ciddi məsələdir - Zaxarova

İrimiqyaslı hərbi əməliyyat başlaya bilərmi? – Deputat

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla