Yuxarı

Siyavuş Novruzovdan amnistiya ilə bağlı - Çağırış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il AXC-nin 100 illiyidir. Bununla bağlı ölkə başçısı sərəncam imzalayıb və bu səpkidə işlər aparılır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu il eyni zamanda dövlət müstəqilliyinin qorunub saxlanmasında, üçrəngli bayrağımızın qaldırılmasında və Azərbaycanda hüquqi demokratik dövlət quran Ulu Öndərin anadan olmasının 95 illiyidir:

“Bununla bağlı tədbirlər planına məsələlər daxil edilməlidir. Məhz 1995-ci ildən 2018-ci ilədək istər Ulu öndərin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə 63 əfv və 11 Amnistiya aktı qəbul edilib. Qeyd etmək olar ki, hər bir deputat amnistiya təşəbbüsü ilə çıxış edə bilər. Bağışlamaq hüququ Allaha və ölkə başçısına həvalə edilib, lakin yuxarıda qeyd olunanları nəzərə alaraq bütün deputatların adından bu təşəbbüsü öz üzərinə götürməyi xahiş edək. Bu həm 100 illiyə həm də, 95 illiyə verilən qiymət ola bilər. Bu amnsitiya aktı digərlərindən fərqlənməlidir”.

S.Novruzov hesab edib ki, qeyd etdiyi Amnistiya aktının əhatə dairəsi geniş olmalıdır:

“Bu amnistiya aktında ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. Həmçinin yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya aktı yaşı 70-dən yuxarı olan bütün kişilərə də tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq. ATƏT, NATO və AŞ PA-da müəyyən qruplar var ki, müxtəlif bəhanələrlə ölkəmizin inkişafına kölgə salmağa çalışırlar”.

Tarix
2018.02.01 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla