Yuxarı

Meydan TV ermənilərlə sıx işləyir - Faktlar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdə fəaliyyət göstərərək Azərbaycan haqqında qeyri-obyektiv və qərəzli materiallar yayan bir sıra təşkilatların, internet saytlarının, ayrı-ayrı jurnalistlərin, müxalifət fəallarının fəaliyyətini istiqamətləndirən və maliyyələşdirən mənbələr haqqında çox danışılıb. Burada ABŞ-ın dövlət büdcəsindən maliyyələşən strukturların, Avropa İttifaqının, Corc Soros kimi rəngli inqilab ixracatçılarının və digərlərinin adları çəkilib. Lakin bütün bunlara rəğmən, bəzilərinin paralel olaraq erməni lobbisi, Ermənistan dövləti ilə əməkdaşlığına dair kifayət qədər faktlar ictimaiyyətin diqqətinə çatdırılıb.

Bu günlərdə Xəzər Xəbər-in apardığı araşdırma nəticəsində Emin Millinin rəhbərlik etdiyi Meydan TV-nin ermənilərlə yaxından əməkdaşlıq əlaqələri qurduğu və iş birliyi həyata keçirdiyinə dair yeni faktlar meydana çııb. Məlum olub ki, bu resurs özünün anti-Azərbaycan təbliğatını həm də erməni əsilli Anton Kamaryan adlı şəxslə birlikdə həyata keçirir.

Əldə etdiyimiz məlumata əsasən, A.Kamaryan erməni əslilli Gürcüstan vətəndaşıdır və hazırda Tiflisdə yaşayır. O, 2006-2010-cu illərdə Suxumi Dövlət Universitetinin Riyaziyyat və Kompüter Elmləri fakültəsində informasiya texnologiyaları ixtisası üzrə bakalavr, 2013-2018-ci illərdə isə magistr təhsili alıb. 2011-ci ildən müxtəlif şirkətlərdə veb-proqramçı olub. Hazırda Gürcüstanda "ForSet” təşkilatında veb-proqramçı vəzifəsində işləyir və paralel olaraq Meydan TV-nin layihələrində fəal şəkildə çalışır.

A.Kamaryan ardıcıl şəkildə Ermənistana səfərlər edir, internetdə onun bu ölkənin dövlət strukturları ilə yaxın təmaslarına dair faktlar kifayət qədərdir. Kamaryanın Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqələri vardır. Yerevanda hazırlanmış bir sıra materialların məhz onun vasitəsilə Meydan TV-yə ötürüldüyü və sonrakı mərhələdə sosial şəbəkələrdə fəal istifadə edildiyi şübhə doğurmur. Belə demək mümkündürsə A.Kamaryan hazırda Ermənistanın dövlət strukturları ilə Meydan TV arasında vasitəçi funksiyasını yerinə yertirir.

Digər araşdırmamız zamanı Meydan TV-nin erməni lobbisi ilə yaxın əlaqələrinə dair ciddi falktlar meydana çıxıb. Əminliklə demək olar ki, bu saytla yaxından əməkdaşlıq edən digər erməni əsilli şəxs onun erməni lobbisi ilə əlaqələrində vasitəçi rolunu oynayır, həm maliyyə, həm də sifarişləri çatdırır. Bu barədə bir az sonra ətraflı məlumat veriləcəkdir.

Tarix
2018.02.13 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla