Yuxarı

5 iddialı hərəkətə keçdi, 4-ü hazırlaşır, 2-si fikirləşir - Seçki

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 aprel tarixində keçiriləcək prezident seçkilərində prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı rəsmən 5 nəfərdir.

Axar.az xəbər verir ki, daha 4 iddialı qərarını elan edib, iki şəxs isə yekun mövqeyini bildirməyib.

Siyahını təqdim edirik:

1. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevinin sənədləri 9 fevral tarixində Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

2. Prezidentliyə namizədliyi AXC təşəbbüs qrupu tərəfindən irəli sürülən yeni AXCP-nin sədri Razi Nurullayevin sənədləri fevralın 13-də MSK-ya təqdim edilib.

3. Partiya mənsubiyyəti olmayan deputat Zahid Oruc 12 fevral tarixində seçkilərdə iştirak edəcək namizəd kimi sənədlərini MSK-ya təqdim edib.

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev 12 fevral tarixində prezidentliyə namizədliyi ilə bağlı Mərkəzi Seçki Komissiyasına sənədlərini təqdim edib.

5. Seçkinin ən gənc namizədi olan AĞ Partiyanın sədri Tural Abbaslının 11 apreldə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə sənədləri fevralın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

6. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də seçkidə iştirak qərarını qurultayda verdiklərini bildirib. Hərəkatın məclisi rəsmi qərarı gələn həftə verəcək.

7. Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsinin plenumu partiyanın lideri, deputat Araz Əlizadənin namizədliyini irəli sürüb.

8. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi partiyasının keçirdiyi 10 fevral tarixindəki qurultayında namizdəliyi irəli sürülüb.

9. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyi partiyanın 6 fevralda keçirdiyi quruldayda irəli sürülüb. Həmin gün müvafiq sənədlərin toplanması və MSK təqdim olunması qərara alınıb.

Qeyd edək ki, daha iki şəxs - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və KXCP sədri Mirmahmud Mirəlioğlu namizədliklə bağlı son qərarlarını fevralın 17-də elan edəcəklər.

Tarix
2018.02.14 / 11:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla