Yuxarı

İpək yoluna dəstək qrupundan yekun bəyannamə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:40

Bakıda "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdiriməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfrans bu gün öz işinə başlayır.

Axar.az xəbər verir ki, "Feyrmont" otelində təşkil edilən mərasimdə ümumilikdə 20 ölkədən parlamentari iştirak edir.

Tədbirdə ATƏT PA sədri Georgi Tsereteli, Monteneqro parlamentinin sədri, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajovic, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, Monqolostan Xarici İşlər naziri Soqbatar Damdin, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Məclisinin baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirçea Çiopraqa, Çinin Azərbaycandakı səfiri Vey Cinhua məruzə edəcək. Serbiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Stefana Miladinoviç və digər ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri də konfransda iştirak edirlər.

Tədbirin moderatotu ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdir.

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb. Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.

***

Tədbiri giriş nitqi ilə açan millət vəkili Azay Quliyev mərasimə göstərdiyi dəstəyə görə Milli Məclisə və spiker Oqtay Əsədova, həmçinin ATƏT PA sədrinə təşəkkür edib.

O, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun ilk tədbiri olduğunu, mərasimə 22 ölkə nümayəndəsinin qatıldığını qeyd edib.

***

Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında qeyd edib ki, İpək Yolu təkcə Şərqlə Qərb arasında iqtisadi deyil, həm də humanitar əlaqələrin inkişafına töhfə verib.

ATƏT PA-nın İpək Yolu Dəstək Qrupunun yaranmasından danışan vitse-spiker Azərbaycanın tarixi-coğrafi mövqeyini, İpək Yolu üzərində olan ölkələrə böyük təhfələr verə biləcəyini qeyd edib.

"Azərbaycan İpək Yolunun özünə aid olan seqmentini təzələyir. Bakı-Tiflis-Qars dəmiryolu açıldı, Xəzər regionunda ən böyük dəniz limanı tikilir, Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsi yekunlaşıb və bu yolla yaradılan yeni marşrutun İpək Yoluna inteqrasiyası başlanılacaq. Bu yolla təkcə yüklər deyil, eyni zamanda mədəniyyətlər, əlaqələr inkişaf edəcək", - B.Muradova bildirib.

***

Azərbaycan kiçik ölkədir, okeana çıxış yolu yoxdur. Bu baxımdan İpək Yoluna Dəstək Qrupu düşünürəm, çox yaxşı təşəbbüsdür. Ticarətin sadələşdirilməsi İpək Yoluna imkan yaradır.

Bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu qrup ATƏT-ə üzv dövlətlərin əməkdaşlığını vacib sayır:

Son illər ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm addımlar atılıb. Bu istiqamətdə atılan addımları müsbət qarşılayıram. Bu qrup fəal olmalıdır, böyüməlidir. Bu platforma regional nəqliyyat layihələrinə töhfə verə bilər. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Gələcək əməkdaşlıq üçün nəqliyyat infrastrukturunu inkişaf etdirməliyik. Azərbaycan özünü doğruldub, ölkədə siyasi sabitlik var. Bu, iqtisadiyyatın inkişafına təkan verir. Azərbaycan nəqliyyat layihələrinin mərkəzində yerləşir".

***

Hamının adından ev sahibi ölkəyə konfransın təşkili və qonaqpərvərliyə görə təşəkkür edən Monqolustanın Xarici İşlər naziri Soqbatar Damdin bildirib ki, ölkəsi Azərbaycanın bu layihəsini dəstəkləyib:

"Monqolustan tarixi İpək Yolunda əhəmiyyətli rol oynayıb. Bu yolda istifadə olunan heyvanlar Monqolustanda yetişdirilib. Prezident İlham Əliyev də monqol dövlətçiliyinə həsr olunmuş xatirə kitabında monqolların ticarətə böyük töhfələr verdiyini bildirmişdir. Asiyadakı bir çox kəşflər Avropada istifadə edilib. Monqolustan əlverişsiz şəraiti, dənizə çıxısının olmamasının mənfi tərəflərini İpək Yolu vasitəsilə aradan qaldırılıb. İpək Yolu sabitlik, sülh, iqtisadi inkişaf üçün mexanizm rolunu oynaya bilər. Biz burda gənc nəslin müxtəlif şəkildə öz ideyaları ilə iştirakını istəyirik".

Nazir bildirib ki, İpək Yolu sadəcə iqtisadi deyil, eyni zamanda, idman, mədəniyyət və turizm sahəsində də önəmli rol oynayır:

"ATƏT-in bu layihəsindən daha çox istifadə etmək, koordinasiyalı hərəkət etmək lazımdır".

***

TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirçea Çiopraqa da Azərbaycan hökumətinə konfransın təşkilinə görə təşəkkür edib:

“Biz tarixi və mədəniyyəti zəngin olan bir regiondayıq. 26 ildən çoxdur ki, Azərbaycan və Rumıniya arasında əlaqələr yaradılıb. Əməkdaşlığımız ticarət imkanlarına gətirib çıxarır. Hesab edirik ki, Avrasiya qitəsində çox yaxşı əməkdaşlıq modeli yaradılır. Biz daim belə yüksək səviyyəli tədbirlərdə, layihələrdə fəal iştirak etməyə çalışmalıyıq”.

***

Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" adlı beynəlxalq konfrans “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” adlı panellə işini davam etdirib.

APA-nın məlumatına görə, paneldə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın mədəni abidələrinin işğal altında təcavüzə məruz qalmasından, ölkədə turizmin inkişafından danışıb.

Moldovanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Sergey Sirbu, Bolqarıstanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Desislava Atanasova, Makedoniyanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Yagoda Şahpaşka, Fransanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Paskal Alizard, Qırğızıstanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Emil Toktaşev və digərləri çıxış edərək İpək yolu layihələrinin inkişafında mədəni əlaqələrin, mədəni müxtəlifliyin inkişafının vacibliyindən danışıblar.

Sonda yekun bəyannamə qəbul edilib.

Bəyannamədə deyilir: "Biz, ATƏT-in Parlament Assambleyasında İpək Yoluna Dəstək Qrupunun və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə 2018-ci il martın 13–14-də Bakı şəhərində keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin inkişafında parlament üzvlərinin rolu” mövzusunda Beynəlxalq Konfransın iştirakçıları qədim İpək Yolunun yenidən işə salınmasının əhəmiyyətini, mövcud nəqliyyat və enerji dəhlizlərinin səmərəli istismarının, eləcə də “Müasir İpək Yolu” vasitəsi ilə sərnişinlərin, malların və xidmətlərin sərbəst və təhlükəsiz hərəkətinin ATƏT regionu ölkələrinin milli maraqlarına və davamlı iqtisadi inkişafı məqsədlərinə uyğunluğunu nəzərə alaraq, qədim İpək Yolu boyunca yerləşən və həmin yolun yenidən işə salınmasından faydalana bilən ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, sosial və mədəni əlaqələrin inkişafı və möhkəmlənməsi üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləməyin vacibliyini qeyd edərək, Helsinki Yekun Aktının prinsiplərinə, eləcə də müvafiq qanuni çərçivələrə və ATƏT öhdəliklərinə uyğun olaraq ATƏT regionunda sülhün, təhlükəsizliyin və insan hüquqlarının qorunmasına, davamlı inkişafın və sosial rifahın təmin edilməsinə yönələn layihələrin, o cümlədən ATƏT-in Nazirlər Şurasının 4/16 nömrəli “Yaxşı idarəetmənin gücləndirilməsi və əlaqələndirilmənin təbliği”nə dair Hamburq Qərarına uyğun olaraq Avropa və Asiya arasında əlaqələndirilmənin möhkəmlənməsi məqsədinin həyata keçirilməsində parlament üzvlərinin köməyinin əhəmiyyətini anlayaraq, aşağıdakıları bəyan edirik:

1. Biz təhlükəsizliyin, sabitliyin və tərəqqinin inkişafı naminə Qədim İpək Yolunun bərpası üçün hökumətlərin göstərdikləri səyləri bütünlüklə dəstəkləyirik.

2. İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil etdikləri ölkələrin iqtisadi və biznes subyektləri arasında əməkdaşlığın genişlənməsinə və təşviqinə töhfə verməyə çalışacağıq.

3. Davamlı, təhlükəsiz və çevik nəqliyyat və enerji dəhlizlərinin inkişafı və funksionallığının artması üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləyəcək, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasına kömək edəcəyik.

4. Hökumətləri Avropa və Asiya qitələrini birləşdirən Qədim İpək Yolunun bərpası çərçivəsində effektiv nəqliyyat dəhlizlərinin, tranzit şəbəkələrinin və logistika infrastrukturlarının inkişafına ümdə əhəmiyyət verməyə çağırırıq.

5. İpək Yolu ölkələrinin deputatlarının arasında mədəni əlaqələrin, təhsil mübadiləsinin, dinlər arası dialoqun və tolerantlığın; qarşılıqlı anlaşmanın və dialoqun gücləndirilməsi sahəsində irəli sürülən təşəbbüsləri dəstəkləyirik.

6. Biz İpək Yolunun hədəflərinin əsasında olan kibertəhlükəsizlik, Qərb-Şərq özəl və dövlət sektorlarının təhlükəsiz məlumat mübadiləsinə və məlumat ticarət platformalarına dair təşəbbüsləri dəstəkləyirik.

7. Biz İpək Yolu boyunca sərbəst, ədalətli və şəffaf dövriyyənin asanlaşdırması, eləcə də 21-ci əsrin yeni İpək Yolunun əsaslı davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsini təmin etmək üçün maliyyə inteqrasiyasını gücləndirmək üçün bütün səyləri dəstəkləyirik.

8. Parlamentarilər olaraq biz yeni İpək Yolu layihəsinin həyata keçirilməsinə və qanunun aliliyinə riayət olunmasının, fundamental insan hüquqlarının və insanlarımızın mənafeyi naminə demokratik inkişafa dəstəyin həyata keçirilməsinə, eləcə də qeyri-bərabərlik, radikallaşma, terrorçuluq və korrupsiya kimi mümkün təhdidlərə qarşı mübarizənin aparılmasına məqsədyönümlü şəkildə nəzarətin həyata keçirilməsini öhdəlik olaraq qəbul edirik.

9. İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirlərinə ev sahibliyi etmək üçün müraciət edən Belarus, Gürcüstan və İsveçrə nümayəndə heyətlərinin təşəbbüslərini alqışlayırıq.

Qeyd edək ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Bakı Bəyannaməsi qəbul olunub.

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb. Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.

Tarix
2018.03.13 / 19:17
Müəllif
Orxan, Aida
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla