Yuxarı

Bakı bu silahları alıb, biz isə... – Erməni ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bu silahları alıb, biz isə... –

Rusiyadan alınacaq yeni müdafiə krediti Ermənistanda artıq mövcud olan silahların və hərbi texnikanın modernləşdirilməsinə yönəlməlidir.

Axar.az xəbər verir ki, bunu “Sputnik Ermənistan” saytına müsahibəsində erməni hərbi ekspert David Arutyunov deyib.

“Ermənistan bundan öncəki 200 milyonluq kreditlə Ermənistan və Azərbyacan arasında balans yaradacaq silahlar alıb. Bu kredit xətti ilə tədarük keçən ilin sonunda bitib. Yeni vəsaitlə Ermənistan öz hərbi texnikasını, daha çox isə tanklarını, piyadaların döyüş maşınlarını və zirehli transportyorlarını modernizə edə bilər. Digər istiqamət isə artilleriya qurğuları, tank əleyhinə sistemlərin alınması ola bilər. Son illər ərzində Azərbaycan İsraildən əhəmiyyətli dərəcədə tank əleyhinə komplekslər alıb və Ermənistana pariteti saxlamaq lazımdır.

Digər istiqamət “2C1 Qvozdika” və “2C3 Akasiya” artilleriya sistemlərinin yenilənməsidir. Bu sistemlərin modernizəsi üçün böyük resursu var. Ümid edirəm ki, bu istiqamətdə nəsə ediləcək. Ona görə ki, Azərbaycan özüyeriyən qurğulara, xüsusilə “2C19 Mcta-C” və “2C31 Vena”ya böyük pullar xərcləyib.

Başqa bir məsələ isə aviasiya sistemləri, özəlliklə də hərbi vertolyotların modernləşdirilməsidir”, – deyə o bildirib.

Tarix
2018.04.02 / 11:55
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla