Yuxarı

İsraillə əməkdaşlıqda yeni səhifə açılıb - Mikayıl Cabbarov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb.

Trend-in verdiyi məlumata görə, bunu Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail hökumətlərarası komissiyanın ilk iclasında bildirib.

M.Cabbarov deyib: "İsrail və innovasiyalar bu gün sinonimlər olub. İnnovasiyalar hazırda təkcə kompüter texnikası sahəsində deyil, demək olar ki, insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur. Ona görə də mən şadam ki, Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb və ümid edirəm ki, bizi çox sayda birgə layihələr gözləyir".

Mayın 15-i Qüdsdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə hökumətlərarası komissiyanın ilk iclası keçirilib.

İsrail tərəfdən komissiyanın həmsədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin bildirib: "Biz İsrailin baş naziri və Azərbaycan Prezidentinin birgə qərarı ilə yaradılan bu komissiyaya böyük əhəmiyyət veririk. Azərbaycan nümayəndə heyətinin tərkibinə bir çox nazirliklərin nümayəndələrinin daxil olması faktı İsrail ilə münasibətlərin inkişafının Azərbaycan üçün də böyük əhəmiyyətə malik olduğunu göstərir. Komissiyanın yaradılması çoxillik etibarlı əlaqələr ilə seçilən ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və əməkdaşlığın yeni sahələrinin açılması üçün platforma olacaq".

Bundan əlavə tərəflər tibb sahəsində birgə elmi tədqiqatların aparılmasının mümkünlüyünü və İsrailin yüksək texnologiyalar şirkətlərinə Azərbaycan investisiyalarının perspektivlərini müzakirə ediblər.

Tarix
2018.05.16 / 00:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla