Yuxarı

Trampın bu siyasəti Bakının xeyrinədir – Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp müxtəlif mövzularda sərt və bəzən yanlış hesab etdiyimiz açıqlamalar və qərarlar verərkən Mərkəzi Asiya istiqamətində incə siyasət həyata keçirir.

Axar.az xəbər verir ki, bu sözləri Özbəkistan prezidentinin ABŞ-a səfərinin yekun nəticəsi ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib.

“Tramp bu ilin yanvarında Qazaxıstan, mayında isə Özbəkistan prezidentini Ağ Evə dəvət etdi. Trampla Nazarbayevin görüşünün yekunu olaraq ABŞ Əfqanıstana silah və sursatın daşınmasında Qazaxıstan ərazisindən də istifadə etməyə başlayıb. Digər tərəfdən, ABŞ Qazaxıstanın Xəzər dənizindəki iki limanından da istifadə edir. Ağ Ev Qazaxıstanın ardınca Özbəkistanla da strateji tərəfdaşlıq qurmağa çalışır. Həm Astana, həm də Daşkənd ABŞ-la bu əməkdaşlığa hazırdırlar. Çünki hər iki dövlət qonşuları Çin və Rusiyadan asılı olmaq istəmir, xarici və təhlükəsizlik siyasətində başqa qütblərlə əməkdaşlığa üstünlük verməyə həvəslidir. Bu, hər iki dövlətin təbii haqqıdır. Çünki bu vaxta qədər heç bir dövlət Rusiya ilə strateji müttəfiqlikdən qazanmayıb. Rusiyaya tərəfdaşlar deyil, forpost dövlətlər lazımdır. Astana və Daşkənd də bunu anladıqlarından Vaşinqtonla sıx təmaslara üstünlük verirlər. Pentaqon bundan sonra Qazaxıstanla yanaşı, Özbəkistan ərazisindən də öz məqsədləri üçün istifadə edəcək”, - politoloq bildirib.

Siyasi şərhçi ABŞ-ın Qazaxıstan və Özbəkistanla sıx əlaqələrinin Azərbaycanın da xeyrinə olduğunu düşünür:

“Çünki biz də xarici və təhlükəsizlik siyasətində yalnız bir dövlətə üstünlük vermək istəmirik. Rusiya öz perimetri boyu Qərbin tərəfdaşlarını sıxışdırmağa çalışır. Ancaq bölgədə ABŞ-la tərəfdaşlıq edən dövlətlərin sayı artdıqca, Rusiyanın bütün perimetr boyunca qonşularının hamısına təzyiq etmək imkanları azalacaq, Moskvanın buna resursları yetməyəcək”.

Qeyd edək ki, ötən gün Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bir araya gəlib və 4,8 milyardlıq sazişlər imzalanıb.

Tarix
2018.05.17 / 15:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla