Yuxarı

Makedoniya lideri İlham Əliyevi təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniya Respublikasının Prezidenti George İvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az-ın məlumatına görə, o, məktubunda İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik edib, ali dövləti fəaliyyətində daha böyük uğurlar arzulayıb.

"Bu xoş fürsətdən istifadə edərək Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm. Ən yüksək səviyyədə siyasi dialoq ölkələrimizin gələcək inkişafının və əməkdaşlığının xüsusən iqtisadiyyat, enerji, mədəniyyət, elm və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə dərinləşməsini təmin edən əsas amillərdir. Əminəm ki, əməkdaşlığımız və əldə olunmuş siyasi əlaqələrimiz qarşıdan gələn dövrdə birgə səylərimizlə daha sürətlə inkişaf edəcək. Sizə beynəlxalq aləmdə xüsusi yeri olan, siyasi və hökumətlər səviyyəsində qərarların qəbul edilməsində uzunmüddətli tərəfdaş olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə və səylərinə görə minnətdarlığımı bildirirəm. Bu beynəlxalq mərkəzin fəaliyyətini və rolunu çox yüksək qiymətləndirir, onun regionda əməkdaşlığın və dialoqun təşviqinə yönələn görüşlərində iştirak etməkdən məmnunluğumu ifadə edirəm".

Tarix
2018.05.17 / 19:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla