Yuxarı

AŞ PA-nın sanksiyasına Seyidovun cavabı: Şərəfdir!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu Azərbaycana qarşı ilk sanksiya deyil. Bundan əvvəl bir dəfə də sanksiya olmuşdu.

Axar.az xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidova qarşı Avropa Şurası Parlament Assambleyasında tətbiq edilən sanksiyalara münasibət bildirərkən deyib.

Spiker bu sanksiyaların mətbuatda çox işıqlandırlmasına da etiraz edib:

“Bu gün “vətənpərvərlər” Səməd Seyidova qarşı tətbiq edilən sanksiyaları əllərində bayraq ediblər. Nə baş verir? Ədalətsiz bir qərar. Bir neçə il əvvəl AŞPA-nın daimi iclası burada keçiriləndən sonra iki il Azərbaycanda heç bir tədbir keçirilməməsi ilə bağlı sanskiya qəbul etdilər. Keçirmədik. Lakin bir il sonra özləri peşiman oldular. Alt komitənin iclası burada keçirilməli idi, maddi imkanları da yox idi, bizə təklif etdilər ki, iclaslar Azərbaycanda keçirilsin. Razı olmadım. Dedim yox, çünki bizə qarşı sanksiya var. İki il sonra iclası Azərbaycanda keçirdilər”.

Spiker onu da vurğulayıb ki, S.Seyidov bundan sonra da AŞPA-da fəaliyyətini davam etdirəcək:

“Səməd Seyidova qarşı tətbiq edilən ədalətsiz sanksiyalara gəldikdə, ona seçki orqanlarına seçilmək imkanı verilməyəcək, heç seçilmək də istəmir. Başqa ölkələrdə seçkiləri müşahidə edə bilməyəcək. Etməsin. Burada nə var? Səməd Seyidov bizim nümayəndə heyətinin rəhbəridir, parlamentin komitə sədridir. Bundan sonra da fəaliyətini davam etdirəcək”.

Səməd Seyidov da çıxışında AŞPA-nın onun haqqında verdiyi qərara münasibət bildirib.

“Bu ədalətsizliklə rastlaşıb, onu qəbul etmək mənim üçün o qədər də asan deyil. Ömrümün böyük bir hissəsini Avropa-Azərbaycan münasibətlərinin formalaşmasına, Avropa mədəniyyəti, dəyərlərinin Azərbaycana gətirilməsinə həsr etmişəm”, - Seyidov deyib.

S.Seyidov onu da vurulayıb ki, mübarizə apardığı qurumdan özünə qarşı sanskiyalar, hər hansı hərəkətlər görmək asan deyil.

“Ancaq bir vətəndaş kimi mən qürur hissi keçirirəm. Yüksək səviyyəli şəxslərə, sıravi insanlara təşəkkür edirəm. Hər kəs bilir ki, bu, ikili standartdır, Azərbaycana təzyiqdir. AŞPA-da qayda-qanunu pozan insanlar heç vaxt sanksiyalara məruz qalmayıb. Etnik təmizləmə aparan, ərazilərimizi işğal edən Ermənistan sanksiyalara məruz qalmayıb. Azərbaycan haqq sözünü ortaya qoyanda sanksiyaya məruz qoyulur. Prezidentin siyasəti nəinki Azərbaycanda artıq Avropada da öz bəhrəsini göstərir. Nümayəndə heyətinin rəhbəri kimi qeyd edim ki, Azərbaycanın uğurları, cənab prezidentin gördüyü işlər, imzalanan müqavilələr, ölkəmizdə sabitliyin olması əsas hədəfdir. Bu sanksiyalar mənim üçün qürur və şərəfdir. Səməd Seyidov indi nümayəndə heyətinin rəhbəridir, sabah olacaq sıravi vətəndaş. Biz siyasi cəbhədə vuruşuruq. Cəbhədə bizim övladlarımız daha böyü təhlükə ilə mübarizə aparır”.

S.Seyidov bildirib ki, bu Azərbaycanın Avropa məkanından kənarlaşdırılması siyasəti Azərbaycanın Avropaya inteqrasiyasının ilkin nəticələrinin ortaya çıxmasından sonra verilən qərardır.

“Bundan sonrada cənab prezidentin siyasətini sözümüzlə, məntiqimizlə müdafiə edəcəyik. Səməd Seyidovla yanaşı nümayəndə heyətinin 12 üzvü var və birimizin səsini alsalar digəri çıxış edəcək. Biz mübarizəmizi davam etdirəcəyik”.

Tarix
2018.05.18 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla