Yuxarı

Gülən də əzadarlıq edir, şivən qoparır: ona sahib çıxın!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün din böhtançılarının şəxsimizə yönəlik böhtanlarında ilk yeri nurçu, FETÖ-çu ittihamı tutur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, bütün məzhəb və təriqətləri kültür məsələsi kimi dəyərləndirən, fəqət islam baxımından doğru təzahürlər olmadığını hər dəfə dilə gətirən bir insan kimi, fikircə, hərəkətcə, təhsilcə bu saçmalıqlardan tamamilə fərqli platformada olduğunu təkrar söyləməyi lüzum bilmir:

“Ancaq bir müşahidəmi söyləyim ki, bu Fətullah Gülən də eynilə iranlılar kimi ağlayır, şivən qoparır, onların teatral hərəkətlərini təkrarlayır. Görəsən, bu eyni məktəbin təmsilçiləri bir-birinə nədən sahib çıxmır, nədən birlikdə ağlaşma qurmurlar?! Mən məktəb məsələsində bu gün də o fikirdəyəm ki, kimin məktəb açmasına önəm verməyin, Azərbaycan övladlarına ingilis də, rus da, alman da, yəhudi də, türk də, müsəlman da müasir bilikləri öyrədirsə, buna qarşı çıxmaq yanlışdır. Təki cəhalət öyrətməsin, nadanlığı, qatilliyi təlqin etməsin. Azərbaycan xalqının ən dəyərli insanlarından biri XXI əsrdə “Vətən dili” dərsliyini ərsəyə gətirmiş Aleksanr Osipoviç Çernyayevskidir. Bu fiziki əlilliyi olan şəxsiyyətin millətimiz üçün Qori Müəllimlər seminariyasında etdikləri ilə sizlərin mərsiyələrlə etdiklərinizin obyektiv müqayisəsini apara bilərsinizmi?”

Millət vəkili vurğulayıb ki, cəhalət elementlərini müsəlman adlanan dünyanın bütün sektalarında, cinahlarında görmək mümkündür:

“Dünən bir şərhdə sələfi olduğunu bəyan edən birisi yazır ki, dostlar, Fazil Mustafaya inanmayın, o, “qurani”dir. Araşdırıb görürəm ki, bunlar bütün dəlillərini Qurana istinad edərək gətirən alimləri nifrətlə “qurani” adlandırırlar. İşimizə, gücümüzə baxın, adamı razı salmaq üçün İnciləmi, Tövratamı istinad edək? O zaman da “incili”, “tövrati” ləqəbini verəcəksiniz?! Qurandan başqa hansı etibarlı mənbə var ki, biz ona üz tutaq?! Bu zehniyyət də məmləkətimizə İrandan gəlməyib ki? Sözümün canı budur ki, yobazlıq, cəhalət məzhəbə, təriqətə baxmaz, hər cinahda az sayda bilənlər və çox sayda bilməyənlər var. Əsas məsələ dahi Molla Nəsrəddinin söylədiklərinə əməl etməkdir: Bilənlər bilməyənləri öyrətsin!”

Qeyd edək ki, millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videonu paylaşaraq tənqid edib. O, Azərbaycanda islama bu cür yanaşmanın Quranda yazılanlarla heç bir əlaqəsinin olmadığını söyləyib. Bundan sonra sosial şəbəkələrdə millət vəkilinin nurçu, FETÖ-çu olduğuna görə belə fikirlər söylədiyini yazanlar da olub.

Tarix
2018.06.12 / 15:23
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla