Yuxarı

Bakı Kiyev ilə danışıqlar aparır: Yeni hərbi silahlar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Kiyev Ukraynanın səyyar tank əleyhinə raket kompleksi “Korsar”ın birgə istehsalı ilə bağlı danışıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “AzeriDefence” saytı “Ukroboronprom” Dövlət Konserninin nümayəndəsinə istinadən yayıb. Konsernin nümayəndəsi bu istiqamətdə danışıqların 2016-cı ildən başladığını bildirib:

“Azərbaycan Ordusu “Korsar” və Ukrayna ilə Belarusun birgə istehsalı olan “Skif” tank əleyhinə raket kompleksini əldə etməkdə maraqlıdır. Ukrayna yaxın gələcəkdə müdafiə sənayesinin genişləndirilməsinə başlayacaq. Bunun üçün xarici ölkələrdə nümayəndəliklərin açılması nəzərdə tutulub. Belə ofislərdən birinin Azərbaycanda da açılması planlaşdırılıb”.

Qeyd edək ki, “Korsar”ın sınaqları 2015-ci ildə başa çatıb. Bu kompleks istənilən hava şəraitində 100 metrdən 2500 metrə qədər məsafədə olan hədəfləri məhv etmək gücündədir. “Korsar” optik və infraqırmızı nişangahlarla təchiz edilib.

“Skif” kompleksi isə 7 min metr məsafədə hədəfləri müəyyən edə bilir. Bu komplekslər 5 min metrə qədər məsafədəki hədəfləri məhv etmək gücündədir. Mətbuat bu komplekslərin hazırda Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan və Əlcəzair ordusunun silahlanmasında yer aldığını yazıb.

Tarix
2018.06.12 / 17:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla