Yuxarı

ATƏT-dən Bakıya qarşı gülünc layihə - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roger Viker ABŞ Konqresinə təqdim etdiyi layihədə Donald Trampa Türkiyənin də aralarında olduğu bəzi ölkələrə qarşı sanksiya tətbiq etməyi təklif edib. Türkiyə ilə yanaşı Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Ukraynadakı separatçı rus qüvvələrini də əhatə edən layihədə adı çəkilən ölkələrin dini azadlıqlara hörmət etmədikləri iddia olunub.

Millət vəkili Fazil Mustafa isə Axar.az-a açıqlamasında Azərbaycanda dini azadlıqlarla bağlı heç bir problemin olmadığını, əksinə istənilən dinin ölkəmizdə normal fəaliyyət göstərə bildiyini deyib.

“Azərbaycanda nəinki dini azadlığa, hətta dini cəhalətə də hörmət edirlər. Hətta bəzi hallarda Azərbaycanda digər dinlər islam dinindən daha üstün mövqedə götürülür. Ölkəmizdə heç bir halda dini diskriminasiyadan söhbət gedə bilməz. Məlum məsələdir ki, sözügedən layihə məqsədyönlü xarakter daşıyır və hansısa bir inaddan dolayı Azərbaycana qarşı problem yaratmaq məqsədi ilə atılan bir addımdır. Həmin layihəni ciddi qəbul etmirəm. Hesab edirəm ki, cəmiyyət bu kimi məsələlərdə hər şeyi çox yaxşı görür. Azərbaycanda dini sferada hər hansı bir məhdudlaşdırıcı addımlardan söhbət belə gedə bilməz. Ümumiyyətlə, Azərbaycana qarşı atılan bu qərəzli addım inandırıcı deyil”.

Tarix
2018.06.13 / 17:29
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla