Yuxarı

"Bakı savaş üçün icazə almayacaq, hazır olmalıyıq"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun ən hazırlıqlı, ən müasir silahlarla təchiz edilmiş Naxçıvan Əlahiddə Qoşun Birləşməsinin yeni mövqelərdə möhkəmlənməsi, ardınca Müdafiə Nazirliyinin raket qoşunlarının yeni hərbi bazasının açılışı zamanı orada Belarusdan alınan “Polonez”, İsrail istehsalı olan LORA raketlərinin nümayişi sözün bütün mənasında aləmi bir-birinə qatıb.

Axar.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Ermənistanda və Dağlıq Qarabağda yaşanan müharibə xofunu Musavat.com-a şərh edərkən bildirib.

Hərbi ekspertə görə, özünü çıxılmaz vəziyyətə salan düşmən ölkə çıxış yolu axtarır:

“Onsuz da çox gərgin durumda olan İrəvanın siyasi-hərbi arenasında elə bir mürəkkəb durum yaranıb ki, bəzən adam hadisələrin hansı məcrada davam edəcəyini proqnozlaşdıra bilmir. Bir tərəfdən Ermənistan Müdafiə Nazirliyində yüksək rütbəli şəxslərin həbsi, bu yaxınlara qədər müdafiə naziri kimi “at oynadan” Seyran Ohanyanın istintaqa cəlb edilməsi və dindirilməsi, küçə adamı ayaması ilə tarixdə qalacaq Nikol Paşinyanın kadrlarının bir neçəsinin artıq istefa ərizəsi yazması, xeyli sayda digər hadisələr erməniləri sanki dəli edib. İndi də özlərini sığortalamaq üçün “Azərbaycan cəbhə bölgəsinə silah-sursat, ağır texnika cəmləşdirir” harayını salıblar”.

Hərbi ekspert qeyd etdi ki, əslində ölkəmizin öz sərhədləri daxilində hansısa addım atması üçün biz kimdənsə icazə almamalıyıq: “İkincisi də, torpaqları erməni-rus işğalında qalan dövlət nə etməlidir? Biz bu qədər bunların hoqqabazlığına, oyunlarına dözüm nümayiş etdirməliyik? Ciddi narahatçılıq və təşviş başadüşüləndir. Erməni ekspert çevrələri və rəsmi dairələri Azərbaycanın irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdığı barədə bəyanatlar səsləndirir, yaranmış vəziyyətin 2016-cı ilin aprel döyüşləri ərəfəsini xatırlatdığını deyirlər. Əvvəla, bu cür fikirləri dilə gətirənlər anlamırlar ki, Azərbaycan tərəfi döyüşə başlamaq haqqında qərar qəbul edəndə heç kimdən icazə almayacaq. İkincisi də, erməni-rus tandemi anlamalıdır ki, bu məsələnin bir sonu olmalıdır. Bəli, biz torpaqları azad etmək üçün daim hazır olmalıyıq. Bunu heç vaxt da gizlətməmişik və gizlətmək niyyətimiz də yoxdur. Azərbaycan dövləti qoşunların təmas xəttinin istənilən istiqamətində nə lazımdırsa edir və edəcək. Bədnam qonşularımızın bu hay-harayı isə o məşhur “xandostu, - yəni, Rusiya başda olmaqla KTMT – amandı, qoyma gəldi” məsəlinı xatırladır. Bununla demək istəyirlər ki, “bizə tank-top, pul-para ilə kömək edin!” Maraqlıdır ki, bu siyasətdə “yekə kişilər” də erməni ağlağanların sərsəmləmələrinə bəzən aldanırlar. Azərbaycan dövləti tam şəkildə öz ərazi bütövlüyünü təmin edənədək bu siyasətini davam etdirəcək. Ondan sonra isə digər vacib işlərin görülməsi həyata keçiriləcək”.

Tarix
2018.06.14 / 17:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla