Yuxarı

Bu, Əliyevin siyasi qətiyyətinin nəticəsidir - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Transanadolu qaz boru kəməri (TANAP) layihəsinin istismara verilməsi Prezident İlham Əliyevin diplomatik səylərinin, siyasi qətiyyətinin, eləcə də Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi istiqamətində böyük fəaliyyətinin nəticəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu layihə Azərbaycanın həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir: “TANAP layihəsi siyasi dividendlərlə yanaşı, ölkə iqtisadiyyatına dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir. Azərbaycan bu layihədən həm ixracatçı ölkə, həm də tranzit ölkə kimi böyük gəlirlər götürəcək”.

A.Hüseynovun sözlərinə görə, Azərbaycan artıq Avropanın təbii qaz təchizatında çox etibarlı bir ölkəyə çevirməkdədir: “Bu həm də Azərbaycanın etibarlı tərəfdaş olması, ölkəyə gələcəkdə böyük investisiyaların yatırılması deməkdir. Yəni bu layihədə bir çox ölkələr, eyni zamanda, transmilli şirkətlər iştirak edirlər. Həmin şirkətlərin təkcə neft-qaz sənayesinə deyil, eləcə də ölkəmizdə fəaliyyət göstərərək digər sahələrə də böyük yatırımlar edəcəyi reallığa çevrilməkdədir”.

Deputat qeyd edib ki, bu layihə, həmçinin Azərbaycanla idxal edən ölkələr arasında iqtisadi, ticari, mədəni əlaqələri daha da genişləndirəcək: "Bu layihə Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək, dünyada nüfuzunu daha da artıracaq. Bu, həm də o deməkdir ki, Azərbaycan regionda böyük güc mərkəzinə çevrilir, eləcə də Avrasiya məkanında logistik və nəqliyyat qovşağı olmaqla yanaşı, Avropanın enerji təchizatında etibarlı bir tərəfdaşdır”.

Qeyd edək ki, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Tarix
2018.06.16 / 10:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla