Yuxarı

Paşinyan bu səfərlə müharibəyə çağırış etdi - Bakıdan sərt cavab

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Axar.az xəbər verir ki, Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı Trend-in suallarını cavablandırıb:

- Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini necə qiymətləndirirsiniz?

- Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini müharibəyə çağırış kimi qiymətləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır. Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır.

Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

- Ermənistanın qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək və müharibəyə çağırış cəhdlərinin daxili siyasi vəziyyətlə də bağlılığı vardırmı?

- Əlbəttə. Populist və ultra-şovinist millətçi təfəkkürünə malik olan yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Yeni Ermənistan hökumətinin təqdim etdiyi utopik və icrası qeyri-mümkün olan proqram bu ölkədə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə göstərir. Amma Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur.

Tarix
2018.06.16 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla