Yuxarı

Erməni müəllif rus hədiyyəsi ilə Bakını hədələdi - Şok

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyanın baş nazir seçilməsindən heç iki ay keçməməsinə baxmayaraq, artıq ikinci dəfə Qarabağa gəlib və yeni təxribatçı açıqlamalar səsləndirib:

"Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu uçaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Su-30 CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib. Rusiyanın agentliyində yazısı yayımlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib: "Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir”. Azərbaycanın Xarici İşlər Nazirliyi rus saytında yayımlanan həmin erməninin “neft və qaz infrastrukturunuzu bombalayarıq” sözlərinə reaksiya verməlidir".

Politoloq vurğulayıb ki, beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu hüququ tanıyır: "Bizim hərbi təyyarələrin Qarabağ məkanında uçuş etmələrinin zamanı çatmayıbmı?!”

Politoloqun sözlərinə görə, neft və qaz infrastrukturumuza olan hədə tək bizə aid deyil, dünyanın nəhəng şirkətlərinin həmin layihələrdə böyük payları var: "Onlar da erməni təxribatına qarşı öz sözlərini deməlidirlər. Bunu da bizim XİN təşkil etməlidir. Ramazan bayramı ilə əlaqədar hələ iki gün evdəyik. Ancaq ermənilər Ramazan bayramını qeyd etmirlər və diplomatları da iş başındadırlar. Onlar bu fürsətdən yararlanaraq istirahət günlərində bizə qarşı informasiya savaşını gücləndiriblər".

Tarix
2018.06.18 / 01:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla