Yuxarı

Putin Serji 600 milyona satdı: İrəvana Su-30, Bakıya isə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyi ölkədə hakimiyyət dəyişikliyindən az öncə Rusiyadan Su-30SM təyyarələrinin 2024-cü ilə qədər alışından imtina edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Kommersant” qəzeti yayıb. Qəzet Ermənistanın bu təyyarələri alması haqqında razılaşmanın 2012-ci ildə imzalandığını, lakin maliyyə çatışmazlığı ucbatından qüvvəyə minmədiyini deyib. Rusiya artıq razılaşmanı yeni hökumətlə reallaşdırmağı planlaşdırır:

“Nikol Paşinyan artıq Su-30SM-in kabinəsində oturaraq, onu dünyanın ən yaxşı qırıcılarından biri adlandırıb. Ermənistanın bu təyyarələri əldə etmək arzusu haqqında söhbətlər Paşinyanın Feysbukda Erebuni aerodromunda olan Su-3SM təyyarəsinin kabinəsində oturduğu şəkli paylaşmasından sonra aktivləşib. Hərbi ekspert Leonid Nersisyan Su-30SM-in İrəvan tərəfindən alınmasıyla bağlı danışıqların kifayət qədər yüksək səviyyədə olduğunu və tərəflərin yaxın 1-2 ildə müqavilə imzalayacağını söyləyib. Lakin “Rosoboroneksport” bu barədə məlumatlı olmadığını bəyan etdi.

Erməni hərbçilər bu tip texnikaya 2010-cu ildən maraq göstərməyə başlayıblar. Buna səbəb isə Ermənistan Hərbi Hava Qüvvələri parkının (əsasən Su-25 və Su-27-dən ibarət olub – red.) yenilənmə istəyi olub.

2012-ci ildə Moskva və İrəvan Ermənistanın bir neçə il ərzində 12 qırıcı almasıyla bağlı müqavilə imzalayıb. Lakin müqavilə Ermənistanın maliyyə problemləri ucbatından hələ də qüvvəyə minməyib. O zamandan bu yana kontraktın reallaşması üçün uğursuz danışıqlar aparılıb. Təyyarələrdən başqa Ermənistanın digər silahlara da ehtiyacı olub və buna görə də Moskva İrəvana təyyarələri ixrac yox, daxili bazar üçün müəyyənləşdirilən qiymətlərlə satmağa cəhd edib.

Sonuncu dəfə Su-30SM-lərin alışına tərəflər Ermənistandakı inqilabdan bir neçə ay öncə qayıdıblar. Bu zaman İrəvan Rusiyaya bəyan edib ki, təyyarələrin alınması 2024-cü ilə qədər təxirə salınır.

Mənbələrimiz təsdiqləyir ki, hakimiyyət dəyişikliyindən sonra silah ixracı istiqamətində tərəflər arasında aktiv əlaqə olmayıb. Hərbi-texiki əməkdaşlığın genişləndirilməsiylə bağlı müəyyən siqnallar isə artıq verilib. Paşinyan 23 mayda birbaşa bəyan etdi ki, Putinlə danışıqlar zamanı tərəflər daha effektiv əməkdaşlıq barədə razılaşıblar. Yeni Müdafiə naziri David Tonoyan isə son illər silah məsələləri ilə maraqlanıb və Rusiya hərbi sənaye kompleksində yaxşı əlaqələrini qoruyub saxlayıb. Moskva hesab edir ki, müqaviləni tez bir zamanda reallaşdıracaq”.

Qəzetə açıqlama verən rusiyalı ekspert Konstantin Makiyenko Ermənistana bu təyyarələrin verilməsinin Azərbaycanın Qərb qırıcılarını almağına marağı artıracağını bildirib. Onun sözlərinə görə, Bakı artıq bir dəfə Moskvanın İrəvana “İsgəndər”ləri verməsinə cavabı Belarusdan “Polonez”lər almaqla verib. O, həmçinin, İrəvana Su-30SM-lər verilməsi halında Bakıya Su-35-lərin təklif edilməsi gərəkdiyini bildirib.

Qeyd edək ki, Su-30SM təyyarələrinin dəyəri hazırda 50 milyon dollardır.

Tarix
2018.06.20 / 10:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla