Yuxarı

Ərdoğan onunla ikinci tura qalacaq və... - Proqnoz

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə seçkilərin ikinci tura qalması ehtimalı böyükdür.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı danışarkən politoloq İlqar Vəlizadə deyib. Ekspert prezidentlik uğrunda seçki mübarizəsinin gərgin keçəcəyini bildirib:

“Bildiyiniz kimi, prezidentlik uğrunda AKP lideri Rəcəb Tayyib Ərdoğan, CHP-nin namizədi Məhərrəm İncə, İYİ Partiyası başqanı Maral Akşənər, HDP-nin lideri Səlahəddin Dəmirdaş, Səadət Partiyasının başqanı Təməl Qaramollaoğlu və Vətən Partiyasının başqanı Doğu Perinçək mübarizə aparacaq. Seçkinin ilk turunun asan keçməyəcəyi indidən bəllidir. İş orasındadır ki, Ərdoğanın reytinqi hazırda nisbətən stabildir. Ancaq onun əsas rəqibi olan İncənin reytinqində bugünlərdə cüzi də olsa, artım müşahidə olunur. Digər namizədlərin reytinqində isə heç dəyişiklik yoxdur. O üzdən hesab edirəm ki, Türkiyədə seçkilərin ikinci tura qalma ehtimalı böyükdür. İkinci turda Ərdoğanla İncə mübarizə aparacaq. Bu turda prezident olmaq üçün Ərdoğanın 50 faizi keçmək şansı daha çox olacaq. Bu isə hazırkı Türkiyə rəhbərini birmənalı qələbəyə aparacaq”.

Qeyd edək ki, üç gün sonra Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Tarix
2018.06.21 / 16:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla