Yuxarı

Qarabağla bağlı suala Quterreş və Lavrovun fərqli cavabı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:18

Bütün üzv dövlətlər tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə əməl olunması zəruridir.

Axar.az xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında artıq 25 ildir Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması haqqında suala cavab verərkən söyləyib.

Baş katib BMT-nin bütün üzv dövlətlərinin təşkilatın Təhlükəsizlik Şurasının qərarlarına hörmətlə yanaşmasının zəruriliyini vurğulayıb.

Azərtac-ın məlumatına görə, həmin suala cavab verən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib: “Sözügedən qətnamələr hərbi əməliyyatlar zamanı qəbul edilib. Onlar bir çox hallarda, o cümlədən bizim ölkəmiz tərəfindən atılan addımlarla yanaşı, qan tökülməsinin qarşısının alınması, vəziyyətin siyasi dialoq müstəvisinə keçirilməsinə imkan yaratdı. Nəticədə, istisnasız olaraq bütün tərəflərin razılığı ilə ATƏT-in Minsk qrupu yaradıldı və bu çərçivədə qalan bütün məsələlərin, o cümlədən ərazilərin azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə problemin siyasi həllinə nail olunması qərara alındı. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar və Fransa ilə birlikdə bununla məşğuldur. Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üzərində işləyirik. Bu prosesin başa çatması üçün münaqişə tərəfləri arasında konsensus olmalıdır. Əminəm ki, bu istiqamətdə irəliləyən kimi münaqişənin nizama salınması daha yaxın olacaq”.

Tarix
2018.06.21 / 21:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla