Yuxarı

Nikola pul ayrıldı: Putinə qarşı Qərbin İrəvan planı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır.

Bu sözləri Axar.az-a Avropa Birliyinin Ermənistana 160 milyon avro maliyyə yardımı ayırmasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Qərbin demokratiya adı altında Ermənistana yardım siyasəti əslində Cənubi Qafqazda möhkəmlənmək məqsədi daşıyır:

“Bu gün Ermənistanda hakimiyyət başında Qərbə meyilli insanlar durur. Qərb Ermənistana belə bir yardımı oradakı qərbyönümlü insanları ayaqda saxlamaq və bu siyasətə uyğun surətdə ciddi islahatlar aparmaq üçün həyata keçirir. Əlbəttə, erməni lobbilərinin bu məsələyə təsirini nəzərdən qaçırmaq olmaz. Çünki Amerika Erməni Milli Konqresi erməni lobbisinin ən güclü və qabaqcıl dəstəsidir. Onlar hazırda Ermənistana maliyyə vəsaitinin ayrılmasında əhəmiyyətli rol oynayırlar”.

Politoloq qeyd edib ki, Qərbin demokratiya adı altında Ermənistana maliyyə yardımının arxasında Rusiya faktoru dayanır:

“Qərb Cənubi Qafqazda özünün strateji maraqlarını gerçəkləşdirməyə çalışır. Açıq formada edilməsə də, Ermənistana ayrılan yardımın mahiyyətindən də görünür ki, Qərb İrəvanı Rusiyanın təsiri altından çıxarmağa çalışır. Bu, bir növ Ermənistanın Rusiyaya qarşı qoyulması və ya Ermənistanın Rusiyadan qoparılması siyasətdir. Postsovet məkanında Rusiyanın bölgədəki siyasətini və maraqlarını müdafiə edən, Rusiyanın təsirinə ən çox məruz qalan və onun strateji maraqlarına uyğun surətdə hərəkət edən ölkə məhz Ermənistandır. İrəvanın yeritdiyi siyasətdən belə görünür ki, Paşinyan da üzünü Qərbə tərəf çevirib və buna görə də ona pullar ayrılır”.

Tarix
2018.06.22 / 13:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla