Yuxarı

İnanılmaz: Ermənilər Patruşevin Qarabağ bəyanatını dəyişdirdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan arasındakı görüşün detalları bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb.

“Bu görüş tarixi idi. Ona görə ki, bundan öncə Rusiya tərəfinin Qriqoryanın qərbyönlü olmasıyla bağlı şübhələri vardı. Tərəflər arasında görüş narahat keçdi. Patruşev burada bəyan etdi ki, Rusiya Dağlıq Qarabağ konfliktinin mərhələli həllinin tərəfdarıdır. Armen Qriqoryan isə buna etiraz edə bilmədi.

Bundan sonra Rusiya Təhlükəsizlik Şurası bəyanat yayaraq, Rusiyanın regionda stabilliyi və konfliktin sülh yoluyla mərhələli həllinin tərəfdarı olduğu bildirdi. Bəyanatın yayılmasından sonra erməni tərəfi böyük əmək sərf edərək, mərhələli həll sözünü korrektə etməyi bacardı” – deyə qəzet bildirib.

Qeyd edək ki, Rusiya tərəfinin yaydığı bəyanatı sonradan dəyişməsi ilk hal deyil. Bundan öncə Rusiya Xarici İşlər İşlər Nazirliyi də Nikol Paşinyanın açıqlamasıyla bağlı yaydığı bəyanatı dəyişmişdi. Hətta Rusiya XİN daha sonra Azərbaycan KİV-lərini qeyri-kontruktivlikdə ittiham etmişdi.

Tarix
2018.07.10 / 13:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla