Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


Tacikistan prezidentini Bakıya gətirən mühüm – Səbəblər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək çoxsaylı sənədlərin imzalanması ilə yadda qaldı.

Bu sözləri Axar.az-a Tacikistan Prezidenti İmaməli Rəhmanın Bakıya səfərini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili vurğulayıb ki, iki ölkə arasında imzalanan sənədlər təhsil, mədəniyyət, humanitar sahədən tutmuş iqtisadiyyat və sənaye sahələrinə qədər geniş spektri nəzərdə tutur:

“Əldə olunan razılaşmalar hər iki tərəfə iqtisadi və siyasi dividentlər vəd edir. Siyasi sahədə Tacikistan və Azərbaycan həmişə bir-birinə dəstək verib və bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq qarşılıqlı şəkildə maraqlarını müdafiə ediblər. Eyni zamanda İslam Əməkdaşlığı Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi regional təşkilatlarda da daima qarşılıqlı maraqlar nəzərə alınıb. İqtisadi sahədə isə Tacikistan Azərbaycanın neft məhsullarına, eyni zamanda, metallurgiya sahəsinə ciddi maraq göstərir. Çünki bu ölkənin enerji və karbohidrogen ehtiyatları yox dərəcəsindədir. Eyni zamanda, coğrafi nöqteyi-nəzərdən nəqliyyat kommunikasiya baxımından da bu ölkənin yeri bir o qədər də əlverişli deyil. Ona görə də Azərbaycanın adlı çəkilən sahələrdə yaratdığı yeni imkanlar ölkəmizi Tacikistan üçün cazibədar edir”.

Millət vəkilinin sözlərinə görə, istər “İpək Yolu” nəqliyyat dəhlizi, istərsə də Azərbaycanın neft- kimya sənayesi Tacikistan iqtisadiyyatının inkişafına mühüm perspektivlər vəd edə bilər:

“Ona görə imzalanan sənədlər arasında bu kimi məsələlər də öz əksini tapmış oldu. Bu həm də Azərbaycanın iqtisadi maraqlarının təmin olunması deməkdir. Səfər zamanı ən mühüm hadisələrindən biri isə prezidentlər tərəfindən imzalanan birgə bəyannamə oldu. Bu, ölkəmiz üçün çox mühüm idi. Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı çərçivəsində, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında öz həllini tapması Tacikistan tərəfindən dəstəklənir ki, bu da həm beynəlxalq hüquq həm də ədalətin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq, Tacikistan prezidentinin Azərbaycana səfərini hər iki ölkənin milli maraqlarının təmin olunması baxımından faydalı hesab edə bilərik”.

Qeyd edək ki, Tacikistan Prezidenti İmaməli Rəhman avqustun 9-da Azərbaycanda rəsmi səfərdə olub.

Tarix
2018.08.11 / 11:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Obyektiv olun, ayrı-seçkiliyə yol verməyin - Deputat

Kremlin Krımla bağlı siyasəti iflasa uğradı - Politoloq

Əliyev və Paşinyanın bu addımı... - ATƏT baş katibi

Seçkilərin vaxtı irəli çəkilir? – Əsgərov açıqladı

Prezidentin Mehriban xanıma etimadı: İki il keçdi... - Video

İlham Əliyev Ruslan Auşevlə görüşdü

İlham Əliyev həmsədrlərlə görüşdü

Bu halda Trampı heç nə saxlamayacaq – Araşdırma bitdi

İlham Əliyev 1 sərəncam, 3 fərman imzaladı

Bu layihənin icrası artıq reallıqdır - Prezident

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla