Yuxarı

Nikolun Qarabağ mövqeyi: Hətta 7 rayonu da... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:24

Nikol Paşinyanın Dağlıq Qarabağın gələcəkdə Ermənistanın bir hissəsi kimi təqdim etməsi və Dağlıq Qarabağın üçüncü tərəf kimi danışıqlar prosesinə qatılması bəyanatı 25 ildən artıqdır ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə aparılan danışıqlar prosesinin ruhuna ziddir.

Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı politoloq Andrey Yepifantsev deyib.

“Əsas məqam Paşinyanın Qarabağın gələcəyi haqqında danışmasıdır. Bu onun danışıqlarla bağlı sərt mövqeyidir. Yəni Ermənistan Qarabağ ətrafındakı 7 rayon da daxil olmaqla, hansısa məsələdə kompromisə getməyəcək. O deyir ki, bu 7 rayon Dağlıq Qarabağa məxsusdur və tərəflər gələcəkdə bunu nəzərə almalıdır. Ermənistan cəmiyyətinin əhvalının bu cür olması və ölkədəki situasiyanın onun xeyrinə çevrilməməsi Paşinyanı belə sözlər işlətməyə məcbur edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Paşinyanın Moskvaya səfəri bir növ Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinə “cavab kimi” görünür:

“Mənə elə gəlir ki, Moskvaya səfər daha çox Azərbaycanın gözləntilərinə cavab olaraq Emrənistanın Rusiya ilə münasibətlərinin yaxşı olmasını göstərmək üçün təşkil edilib. Moskva ilə möhtəşəm münasibətlərin olmasıyla bağlı ifadələrin çoxu da erməni vətəndaşlara yox, daha çox Bakıya yönəlmişdi. Burada biz anlamalıyıq ki, Ermənistanın Dağlıq Qarabağdakı danışıqlarla bağlı mövqeyi dəyişir. Əgər əvvəllər bu mövqe maksimal şəkildə danışıqları müxtəlif bəhanələrlə uzatmaqdan ibarət idisə, indi onların mövqeyi kompromisin olmaması və sərt ritorika istiqamətinə yönəlib. Paşinyan bütün ölkələrdən Azərbaycana təzyiq etməyi və onu güzəştə məcbur etməyi istəyir”.

O, Azərbaycana qarşı təzyiqlərin nə beynəlxalq hüquqa, nə də ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqların ruhuna uyğun gəldiyini deyib:

“ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələr Paşinyanın tələbi ilə çətin ki, razılaşsınlar. Onlar Paşinyanı yumşaq və diplomatik şəkildə yerinə oturmağa məcbur edəndə, İrəvanın mövqeyində bəzi korreksiyalar olacaq. Lakin hələlik bunun Ermənistanın daxilində necə qəbul ediləcəyi bəlli deyil. Xatırlatmaq istəyirəm ki, Paşinyanı inqilabi dalğa Qarabağla bağlı mövqeyi hər zaman sərt olduğuna görə yüksəyə qaldırdı. Bu, hər zaman ictimai fikrin xoşuna gəlib. İndi yaranan əsas sual Paşinyanın bu mövqeyini yumşaltmağa məcbur edəndən sonra ölkə vətəndaşlarının buna necə yanaşacaqlarıdır. Mənim fikrimcə, bu, heç kim üçün yaxşı olmayacaq”.

Politoloq Paşinyanın danışıqlara separatçıları üçüncü tərəf kimi cəlb etməsi barədə tələbinin də yaxşı qəbul edilmədiyini söyləyib:

“Bu dəyişikliklər danışıqlar formulunun, ona yanaşmanın dəyişməsi deməkdir. Buna reaksiya isə mənfi olacaq. Belə ki, Paşinyanın tələbləri ilə razılaşmaq İrəvanın mövqeyinə yaxınlaşmaq demək olacaq. Hazırda Ermənistanda situasiya çox çətindir. Onun Moskva ilə münasibətləri problemlidir, Qərblə sürətli yaxınlaşmaq ideyası isə alınmayıb. Paşinyan çalışır ki, çox incə oyun oynayaraq, həm Qərblə yaxınlaşsın, həm də Moskvadan uzaqlaşmasın. Bu isə mümkün deyil. Digər tərəfdən Azərbaycan beynəlxalq münasibətlərdə, Avropa bazarına enerji daşıyıcılarının tədarükündə vacib həlqə olaraq qalır. Belə şəraitdə İrəvan necə öz mövqeyini danışıqlarda yaxşılaşdıra bilər? Paşinyanın nə isə bacaracağına inanmıram”.

Tarix
2018.09.11 / 13:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla