Yuxarı

Paşinyandan şok etiraf: Bakıya elə bir şans verdi ki!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri heç bəyanat səviyyəsində belə deyil, sadəcə, xəstə adamın sayıqlamlarını xatırladır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, əslində Paşinyanın Dağlıq Qarabağ məsələsinə reallıqdan uzaq yanaşma tərzi Minsk Qrupunu, xüsusilə də Rusiyanı pis vəziyyətdə qoydu:

"Paşinyanın Rusiyada Dağlıq Qarabağın və ətraf rayonların Ermənistana birləşdirilməsini istisna etməməsi açıq-aşkar Azərbaycan torpaqlarını mənimsəmək niyyətidir. Belə bir niyyət ancaq işğalçı dövlətin rəhbəri tərəfindən dilə gətirilə bilərdi. Paşinyan son hərəkəti ilə bütün sələflərinin və özünün işğalçılıq siyasətini ifşa etdi. Bu, Azərbaycana münaqişənin tənzimlənməsi istiqamətində geniş imkanlar açır. Beynəlxalq ictimaiyyət zaman-zaman Azərbaycanın külli miqdarda silahlar alması və bununla da müharibəyə hazırlaşmasına dair narahatlıq ifadə edirdi. Hesab edirəm ki, Azərbaycan Ermənistanın Azərbaycan torpaqlarına göz dikməsi faktı ilə bu narahatlıqlara son qoya bilər. Danışıqlar prosesi isə onsuz da nəticə vermir. Prosesi dalandan çıxarmaq üçün hər cür imkandan, o cümlədən hərbi yoldan istifadə edə bilərik".

Politoloqun sözlərinə görə, Bakı İrəvanın Qarabağla bağlı mövqeyini mütləq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq:

"Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilir. Eyni zamanda, Fransa prezidentinin də ilin sonuna qədər Azərbaycana səfəri istisna edilmir. Hər iki dövlət Minsk Qrupunun həmsədridir. Əminəm ki, Paşinyanın Bakıya başqa yol qoymadığı və torpaqlarımızı hərbi yolla qaytarmağa hazır olduğumuz Moskva və Parisə bildiriləcək. O da bəllidir ki, belə bir vəziyyətdə tərəflərin hansısa arqumentləri olmayacaq. Çünki Ermənistanın açıq faşist və işğalçı siyasətinə qarşı mübarizənin başqa metodu yoxdur".

Tarix
2018.09.11 / 12:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla