Yuxarı

Oqtay Əsədov Tomas Qremingerlə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.

Axar.az xəbər verir ki, Oqtay Əsədov ATƏT-in baş katibinin ölkəmizə səfərinin qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə ATƏT arasındakı münasibətlərdən danışan Milli Məclisin sədri ölkəmizin 25 ildən artıqdır qurumla uğurlu əməkdaşlıq etdiyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov deyib ki, ATƏT-in Minsk qrupu indiyədək işğalçı dövlətə qarşı hansısa bir tədbir görməyib. Bu da Minsk qrupuna olan inamı azaldır. Bütün bunlara baxmayaraq, Azərbaycan Minsk qrupunun vasitəçiliyinə nikbin baxır.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan regionda həyata keçirilən enerji layihələri çərçivəsində böyük uğurlar qazanıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

İlk dəfə ölkəmizdə altı il bundan əvvəl olduğunu deyən ATƏT-in baş katibi Tomas Qreminger bildirib ki, bu səfərinin əsas məqsədi Azərbaycan ilə ATƏT arasında münasibətləri dərinləşdirməkdən ibarətdir. Bildirib ki, Azərbaycan ilə ATƏT arasında münasibətlərin daha da inkişafı üçün imkanlar mövcuddur. Potensial imkanlardan istifadə etməklə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığı daha da möhkəmləndirilmək mümkündür.

Tomas Qreminger, həmçinin Azərbaycan nümayəndə heyətinin ATƏT-də olduqca fəallıq nümayiş etdirdiyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Tarix
2018.09.12 / 17:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla