Yuxarı

Trofimçuk açıqladı: Nikolun Moskvada dediyi “mühüm” söz

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın son müsahibəsi göstərir ki, o öz mövqeyində qalır və rəqiblərinə qarşı başlatdığı təzyiqləri azaltmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, hazırkı erməni baş nazirinin təzyiq həyata keçirməsi üçün əlində əsasları var.

O, Paşinyanın Moskvada səsləndirdiyi əsas sözün “qarışmamaq” olduğunu və bunun birbaşa Kremlə göndərilən tələb olduğunu bildirib.

Trofimçukun fikrincə, Ermənistanla Rusiya arasında problemlər mövcuddur və yeniləri də ortaya çıxacaq:

“Məncə, son aylar iki ölkənin münasibətlərində meydana gələn bütün problemlər həll edilmədən qalır. Paşinyan buna qədər də eyni ruhda çıxış edirdi və Rusiyanı heç bir halda özünün düşməni elan etmirdi. Digər tərəfdən anlamaq lazımdır ki, öncəki hökumətin nümayəndələrinə qarşı repressiyalar Paşinyanın yeganə daxili siyasi resursu olaraq qalır və o, bundan imtina edə bilməz. Belə ki, yaxın zamanlarda erməni vətəndaşları üçün iqtisadi situasiyanın yaxşılaşması mümkün deyil.

Moskva indi daha diqqətlə Ermənistanın daxilindəki hadisələri izləyəcək. Məncə, bunu müdaxilə kimi anlamaq olmaz. Belə ki, Ermənistan Rusiya üçün yad ölkə deyil. Əgər Ermənistanda vəziyyət bundan sonra arzulanan kimi getməsə, bu, təkcə Rusiyaya yox, bütün Avrasiya İttifaqı və KTMT üzvlərinə təsir göstərəcək. Ermənistanla Rusiyanın münasibətləri sizin anladığınız kimi hansısa strateji tərəfdaşlıq yox, nə isə başqa bir şeydir”.

Onun sözlərinə görə, Paşinyanın hakimiyyətdən getməsinə Moskva elə də yüksək həssaslıq göstərməyəcək:

“Əgər Robert Köçəryan yenidən ali dövlət vəzifəsinə gəlmək istəsə, bu, ölkədəki vəziyyəti qeyri-stabil edəcək. Burada vəziyyət Rusiyada Qorbaçovun özünü prezident kimi xalqa təqdim etməsinə bənzəyəcək. Ona görə də Moskva nə qədər istəsə Köçəryanı dəstəkləyə bilər, amma məsələ onda deyil. Məsələ erməni vətəndaşların dəstəklənməsindən gedir ki, onlar da keçmişə qayıtmaq istəmirlər.

Moskva Köçəryana qarşı bəslədiyi isti münasibəti heç vaxt Paşinyana qarşı bəsləməyəcək”.

Tarix
2018.09.14 / 10:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla