Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2019


Kreml İrəvana inanmır - Paveldən müharibə anonsu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ermənistan arasında yaşanan gərginlik hələlik orta səviyyədədir.

Axar.az xəbər verir ki, bu sözləri “News.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

O bildirib ki, problem hələlik münasibətlərin kəsilməsi səviyyəsinə çatmayıb, amma gərginlik və qarşılıqlı inamsızlıq var:

“Dəqiq desək, inamsızlıq qarşılıqlı yox, birtərəflidir. Moskva Paşinyan hökumətinə etibar etmir. Lakin Moskva hazırda münasibətlərin parçalanmasına getməyə hazır deyil və hələ ki, bunun üçün heç bir əsas da yoxdur. Qarabağda hərbi əməliyyatların yenilənməsi Moskvaya indiki zamanda lazım deyil. Moskvanı indiki halda status-kvonun qorunub saxlanılması qane edir. Tərəflər silahlanmalarını artırırlar. Hələlik konfliktin həlli ilə bağlı perspektiv yoxdur. Belə situasiyalarda əvvəl-axır nə isə başlayır. Aprel müharibəsi göstərdi ki, Azərbaycanın indi silahlanma sahəsində üstünlükləri var və bu üstünlük hələ də davam edir. Konflikt tərəflərindən hansısa birinin, o cümlədən Azərbaycanın yekun müharibəni başlamaq arzusunun olmaması aydındır. Məncə, Prezident İlham Əliyevə müharibə gərək deyil. Çünki risk böyükdür, bundan nə qazanılacaq? Başqa problem isə odur ki, bu konflikt sonsuza qədər belə davam edə bilməz”.

Ermənistanın öz humanitar missiyasını Suriyaya göndərmək məsələsinə gəlincə isə Felgenhauer İrəvanın bununla sadəcə Moskvanın xoşuna gəlmək istədiyini deyib:

“Bu məsələ Qərbin erməni hökumətinə münasibətini dəyişməyəcək. Suriyada əsas gərginlik İranla bağlıdır. İrəvan üçün Vaşinqtonla münasibətlərdə əsas problem Ermənistanın hələ də İranın yaxın ticarət tərəfdaşı olaraq qalmasıdır. İndiki ABŞ administrasiyası üçün əsas düşmən Rusiya yox, İrandır”.

Ekspert həmçinin, Cənubi Qafqazda böyük regional müharibənin olacağını da istisna etməyib:

“Əgər İranın ABŞ, Səudiyyə Ərəbistanı və İsraillə qarşıdurması başlasa, regiondakı situasiyada köklü dəyişikliklər olacaq. Ermənistanın İranın müttəfiqi kimi hansı vəziyyətdə olacağı aydın deyil. Regiondakı böyük müharibə istisna deyil. Bu halda ona Ermənistan və Azərbaycan da cəlb ediləcək”.

Tarix
2018.09.14 / 15:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Sərkisyan Qarabağda təxribat hazırlayır – Nikola təzyiq

Bakı ilə əlaqələri lazımsız əsəbilikdən yayınaraq… - Karasin

Şeyxülislam Abdulatipovla görüşdü

Bakı-Aİ müzakirəsi zamanı bu qərəzli "qətnamə"... - Seyidov

Nazirlikdən serbiyalı prezidentə - Cavab

Daşnaklar Azərbaycandan bəyanat verdi: Nikol bizi aldatdı

Ərəb dünyasını bölən iki cərəyan – Tarixi səbəblər

Ermənilərin sərhədimizdə gizli raket anbarları - Video

İlham Əliyev 2 fərman imzaladı

Bakıya qarşı qərəzli münasibət var – Lavrovdan şok

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla